Yuxarı

Cəmi bir banka energetik içki ürəyi belə öldürür

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cəmi bir banka energetik içki ürəyi belə öldürür

Enerji içkiləri müasir gənclərin həyatının ayrılmaz hissəsinə çevrilib. İmtahan dövründə tələbələr, məşqdən əvvəl idmançılar, hətta azyaşlı uşaqlar arasında bu içkilərə meyil xeyli artıb.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, tibb elmləri doktoru Elvira Xaçirova enerji içkilərindən istifadənin riskləri barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, enerji içkilərinin tərkibində kofein, qlükoza, L-karnitin, taurin və B vitaminləri var. Onlar müvəqqəti olaraq zehni və fiziki fəaliyyəti stimullaşdırır, eyni zamanda ürək-damar sisteminə ciddi təsir göstərir.

Mütəxəssis hesab edir ki, bu içkilər qan təzyiqini artırır, ürək ritminin pozulmasına səbəb olur.

Xaçirova bildirib ki, enerji içkiləri xüsusilə yeniyetmələr üçün təhlükəlidir. Kofein yuxunu pozur. Bundan əlavə, enerji içkiləri miokard işemiyası və infarkt riskini artırır.

Həkim belə içkilərin tez-tez istehlakının sağlamlığa mənfi təsir etdiyini və ürək-damar sistemi üçün ciddi fəsadlara səbəb ola biləcəyini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl də həkimlər energetik içkilərdən sonra ürək tutmasından ölüm faktları barədə xəbərdarlıq ediblər.

Tarix
2025.07.12 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla