Yuxarı

Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əbu-Dabi görüşü niyə qabağa çəkildi? - Mühüm

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə konstruktiv görüşü ilə terrorçu PKK-nın silahları təhvil verməsinin birbaşa əlaqəsi olmasa da, hər iki hadisə Türkiyənin bölgədə artan rolundan xəbər verir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

Onun fikrincə, Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən günlərdə Türkiyəyə səfəri və İstanbulda Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanla qapalı görüşdə nələrin müzakirə edildiyi açıqlanmasa da, məhz bu səfərdən sonra maraqlı hadisələr cərəyan etməyə başladı:

“Birincisi, Paşinyan Kremlin dəstək verdiyi radikal müxalifət, kilsə və Rusiyaya bağlı işadamları ilə mübarizəni sərtləşdirdi. Paşinyan bu qüvvələrin ona qarşı çevriliş hazırladıqları planını faş etdi. Bundan sonra Azərbaycan və Ermənistan liderlərinin iyulun sonunda Əbu-Dabidə görüşəcəkləriylə bağlı xəbər yayıldı. Maraqlıdır ki, liderlər iyulun sonunu gözləmədilər. Doğru qərar idi, çünki Kreml Ermənistan və Azərbaycan əleyhinə pozuculuq fəaliyyətini genişləndirib. Zaman itkisinə yol vermək olmaz. Türkiyənin Rusiya ilə normal dialoqu olsa da, Ankara Bakı və İrəvan kimi Moskvanın Cənubi Qafqazda təsir imkanlarının azalmasında maraqlıdır.

Türkiyə Ermənistanın Azərbaycanla sülh sazişi imzalayacağı günü və Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyir. Bu, Türkiyənin Ermənistanla sərhədin açılmasına, diplomatik münasibətlərin qurulmasına və Cənubi Qafqazda daha da möhkəmlənməsinə şərait yaradacaq. Bu arada, PKK terrorçularının silahları təhvil verməyə başlaması Türkiyəni 40 ildir məşğul edən əsas problemdən qurtulmasına imkan verəcək. Bu prosesi pozmaq istəyənlər kənar qüvvələr olsa da, terror Türkiyənin gündəmindən çıxmaq üzrədir. PKK-dan Türkiyəyə qarşı daha kimlər istifadə etmədi ki? Rusiya, ABŞ, Yunanıstan, Fransa, Almaniya, İran, hətta Ermənistan imkanları daxilində PKK-nın ayaqda qalmasına dəstək verdilər. Ankara terrorçuları tərk-silah etməklə həmin dövlətlərin Türkiyə əleyhinə istifadə etdiyi aləti əllərindən almış olacaq”.

Tarix
2025.07.11 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla