Yuxarı

Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fərhad Mehdiyev: Qızımın ölümündə əsas səbəbkar…

Qızım, şıltağım Zəhra artıq bu dünyada yoxdur. Zəhramın faciəvi ölümündə əsas səbəbkar Bakı-Sumqayıt sürət yolunda, yolun sol tərəfində dayanmış avtomobil idi. Həmin avtomobilin sağ zolağı da dolu olduğuna və həmin zolaqla da avtomobillər keçdiyinə görə, onun sağdan keçmək kimi bir imkanı da yox idi.

Axar.az xəbər verir ki, bu sözləri vəkil, professor Fərhad Mehdiyev qızının ölümü ilə bağlı qeyd edib.

“Həmin sürücü o nasaz maşını ilə dünən bir neçə insanın dünyasını yıxdı.

Zəhramın faciəvi ölümünün ikinci səbəbi isə onun motosikl sürməsi idi. Motosikl deyil, minik avtomobili sürsəydi, həmin o yaramaz avtomobilə çırpılsaydı da, hər halda sağ qalardı. Onu motosikldən uzaqlaşdıra bilməməyim həyatda ən böyük uğursuzluq və səhv olaraq bir valideyn kimi qəlbimə yazılacaq.

Mən qardaşımı, atamı, əmilərimi torpağa vermişəm. Öz balamı torpağa verəcəyimi düşünmək çox ağırdır.

Onunla son saatlarımı keçirirəm. Onu torpağa gömməyə tələsmirəm. Birlikdə keçirə bilmədiyimiz anlarımızı səssiz və soyuq bir ayrlıqda keçiririk.

Bu yazının altında "Allah rəhmət eləsin" də yazmayın. O deyil.

Yaxınlarımıza qarşı göstərdiyimiz hər bir ehmalkarlığın bədəlini bir gün ağır ödəyirik. Səni çox istəyirəm Zəhra, gedişinin ağrısı uzun çəkəcək”, - professor bildirib.

Tarix
2026.06.17 / 07:26
Müəllif
Axar.az
Digər xəbərlər

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla