Yuxarı

Atası ilə səfərə getmək qadağan olundu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada şahzadə Uilyamın oğlu, taxt-tacın ikinci varisi olan şahzadə Corc üçün yeni məhdudiyyət tətbiq olunacaq.

Axar.az Lenta.ru-ya istinadla xəbər verir ki, o, bu ildən etibarən atasının - taxtın birinci varisi şahzadə Uilyamın səfərlərində onu müşayiət edə bilməyəcək.

Qayda iyulun 22-də, Corcun 12 yaşı tamam olduqdan sonra qüvvəyə minəcək. Əsas məqsəd - hər hansı qəza və ya fəlakət halında kral ailəsinin varisliyinin tamamilə məhv olmasının qarşısını almaqdır. Bu səbəbdən Corcun həm atasından, həm də digər varis olan bacı-qardaşları - şahzadə Şarlott və şahzadə Lui ilə eyni səyahətə çıxması qadağan ediləcək.

Qeyd edək ki, Britaniya krallıq ailəsi artıq bu kimi ehtiyat tədbirlərinə bir neçə dəfə əl atıb. Tarixdə krallıq ailəsinin üzvləri bir neçə dəfə təyyarə qəzası və yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirib. 1997-ci ildə şahzadə Diana avtomobil qəzasında, 1937-ci ildə isə şahzadə Filippin bacısı Sesiliya təyyarə qəzasında ölüb. 1942 və 1972-ci illərdə kraliça II Elizabetin əmisi və əmisoğlu da oxşar səbəblərlə vəfat edib.

Yeni qaydalarla kral ailəsi varislik ardıcıllığını hər hansı gözlənilməz vəziyyətdə qorumağa çalışır.

Tarix
2025.07.12 / 01:22
Müəllif
Axar.az
Digər xəbərlər

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

PKK tərk-silah olur: ilk qrupun silahları yandırmasının mənası...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla