Yuxarı

Mərc oyunlarında iştirak edən 16 məmur işdən çıxarıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərc oyunlarında iştirak edən 16 məmur işdən çıxarıldı

Qazaxıstanın Uralsk Şəhər Prokurorluğu şəhər administrasiyasının (akimatının), dövlət gəlirləri departamentinin və polisin məsul şəxslərinin bukmeker kontorları vasitəsilə qumar oyunlarında iştirak etmələri faktlarını aşkarlayıb.

Axar.az Report-a istinadla xəbər verir ki, yoxlamanın nəticələrinə əsasən prokurorluq nəzarəti aktları tətbiq edilib, həmin aktlara baxılaraq 24 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Onlardan 16-sı tutduğu vəzifədən azad edilib.

Belə ki, “OLIMPBET” MMT-nin (Məhdud Məsuliyyətli Tərəfdaşlıq) məlumatına görə, Uralsk akimatının əməkdaşlarından biri 2021-ci il iyunun 5-dən 2025-ci il yanvarın 22-dək hesabına 34 milyon təngədən çox (təxminən 72,5 min ABŞ dolları) vəsait köçürüb. O cümlədən qanunvericiliyə edilən dəyişikliklərin qüvvəyə minməsindən sonra o, hesabına 1,74 milyon təngə (təxminən 3,7 min ABŞ dolları) yatırıb ki, bunun da 971 min təngəsini (təxminən 2 min ABŞ dolları) uduzub. Aşkar edilmiş qanun pozuntularına görə o, tutduğu vəzifədən azad edilib.

Qeyd olunur ki, Uralsk prokurorluğu antikorrupsiya qanunvericiliyinə əməl olunmasına sistemli nəzarəti, o cümlədən antikorrupsiya məhdudiyyətlərinin həyata keçirilməsinə nəzarəti davam etdirəcək.

Tarix
2025.07.12 / 13:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi təbrik etdi

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla