Yuxarı

Bu rayonlara qar yağdı – Faktiki hava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu rayonlara qar yağdı – Faktiki hava

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 25-i saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclüdür.

Xidmətdən Axar.az-a verilən məlumata görə, Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə isə qar yağıb. Qar örtüyünün hündürlüyü Kəlbəcərdə 2 sm-dir.

Bakıda və Abşeron yarımadasında 9 mm-dək yağıntı qeydə alınır.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı: Neftçalada 48 (aylıq normanın 106%-i), Biləsuvarda 21 (aylıq normanın 46%-i), Mingəçevirdə 20 (aylıq normanın 49%-i), Lerikdə 15, Lənkəranda 11, Qobustan, Astara, Daşkəsəndə 6, Salyanda 5, Ağstafa, Beyləqan, Sabirabad, Şahbuz, Quba, Bərdə, Gəncə, Gədəbəy, Yardımlı, Zaqatala, Culfa, Naxçıvan, Şəmkir, Goranboy, Tovuz, Balakən, Şəki (Kişçay), Xaltan, Ağdam, Naftalan, Kürdəmir, Tərtər, Yevlax, İmişlidə 4 mm-dək qeydə alınır.

Şuşa, Xankəndi, Xocalı və Füzulidə də arabir yağış yağması müşahidə olunub.

Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Qusar, Qax (Sarıbaş), Şəki, Xızı, Qrız, Göyçayda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Tarix
2026.10.25 / 11:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla