Sabahın hava proqnozu açıqlandı
12:33
| Ana səhifə Planet |
|
Ukrayna ordusu Perm vilayətində “VSMPO-Avispa” zavoduna PUA hücumu edib.
Axar.az xəbər verir ki, bu barədə Perm vilayətinin qubernatoru Dmitri Maxonin məlumat yayıb.
Onun sözlərinə görə, zərbələr nəticəsində müəssisənin 5 əməkdaşı xəsarətlər alıb.
Maxonin bildirib ki, hücum zamanı zavoda cüzi ziyan dəyib və hazırda normal rejimdə fəaliyyət göstərir.
Qeyd edək ki, “VSMPO-Avispa” Rusiyanın ən iri titan istehsalçısıdır. AB və ABŞ tərəfindən sanksiyalara məruz qalmayıb.
|
Tarix
2026.10.25 / 11:53
|
Müəllif
Axar.az
|