Yuxarı

Marneulidə azərbaycanlı yeniyetmə bıçaqlandı: saxlanılan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marneulidə azərbaycanlı yeniyetmə bıçaqlandı: saxlanılan var

Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan Yuxarı Qullar kəndində 16 yaşlı yeniyetmə bıçaqlanıb.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Məlumatlara əsasən, insident iyulun 10-da baş versə də, yeniyetmə ötən gün ağır vəziyyətdə aşkarlanıb. Onun kürəyində 50-dən çox bıçaq yarasının olduğu bildirilir.

Marneulidəki xəstəxanalardan birinə yerləşdirilmiş soydaşımız komatoz vəziyyətdədir.

Hadisə ilə bağlı Yuxarı Qullar kəndindən olan 20 yaşlı gənc saxlanılıb. O, qəsdən adam öldürmə cəhdində təqsirli bilinir.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, saxlanılan şəxs mübahisə zəminində 2009-cu il təvəllüdlü şəxsin bədəninin müxtəlif nahiyələrinə bıçaqla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Bıçaq maddi sübut kimi götürülüb. Gənci 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Saxlanılan gəncin yeniyetmə ilə tanış olduğu bildirilir. Kənd sakinlərinin sözlərinə görə, insident baş verən gün onları mağazada bir yerdə görüblər. Gəncin hadisəni törədərkən narkotik vasitənin təsiri altında olduğu iddia edilir.

Tarix
2025.07.12 / 13:50
Müəllif
Axar.az
Digər xəbərlər

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla