Yuxarı

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iyulun 10-da Əbu-Dabidə (BƏƏ) keçirilən görüşündə Zəngəzur dəhlizinin açılması barədə razılığa gəlinib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu iddia ilə "Respublika Meydanı" Teleqram kanalı (Ermənistan) çıxış edib.

Kanal bildirib ki, görüşdən sonra kommunikasiyaların açılması ilə bağlı müsbət mesajlar səsləndirən İrəvan Zəngəzur dəhlizini Azərbaycan və Türkiyəyə təhvil verməyə hazırlaşır.

"Əliyev və Paşinyan Əbu-Dabidə mühüm qərara gəlib. Bu qərara əsasən, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizini təhvil verir", - məlumatda deyilir.

Mənbə razılaşmanın Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması çərçivəsində əldə edildiyini vurğulayır.

Teleqram kanalı dəhlizə nəzarətlə bağlı Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryanın sözlərinə də diqqət çəkir. Erməni diplomat kommunikasiyanın (Zəngəzur dəhlizi) beynəlxalq şirkətin nəzarəti altında fəaliyyət göstərə biləcəyini istisna etməyib.

Mənbənin iddiasına görə, söhbət nəzarətin ABŞ şirkətinə verilməsindən gedir:

"Paşinyan və komandası Zəngəzur dəhlizinə nəzarəti ABŞ-a verməyə hazırdır. Yəni Rusiyanın Ermənistandan qovulmasının əsası qoyulur”.

Məqalədə təkcə Rusiyanın yox, İranın da Zəngəzur dəhlizindən kənarda qalacağı bildirilir.

Tarix
2025.07.12 / 15:20
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

TDT hökumət başçılarının görüşü: bəyanat qəbul olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla