Yuxarı

Abşeronda dönərçi bıçaqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda dönərçi bıçaqlanıb.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə rayonun Şəfəq qəsəbəsində baş verib.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Bəhram Məmmədov içkili vəziyyətdə həmin qəsəbədə "Dadım Dönər" adlı dönərxananın yanından keçərkən dostları ilə zarafatlaşıb. Dostlarından biri Bəhramı itələyib və Bəhram müvazinətini itirib dönərxananın şüşə qapısına dəyib. Həmin vaxt dönərxanada işləyən Həsən çölə çıxaraq onu təhqir edib. Nəticədə Bəhramla Həsən arasında mübahisə yaranıb və onlar söhbəti davam etdirmək üçün qəsəbə ərazisindəki su kanalının kənarına gedib. Orada Həsən Bəhramı yumruqla vurub yıxıb. Ayağa qalxan Bəhram üstündə gəzdirdiyi bıçaqla Həsənə qarın nahiyəsindən zərbə endirib.

Yaralı xəstəxanaya yerləşdirilərək əməliyyat olunub.

Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə B.Məmmədov 3 il 6 ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs olunub.

Tarix
2025.07.12 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

İsrail və Suriya Bakıda danışıqlar aparacaq - KİV

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşdü

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla