Yuxarı

Türkiyəyə F-35 tədarükü bu halda müzakirə edilə bilər - Barak

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyəyə F-35 tədarükü bu halda müzakirə edilə bilər - Barak

Türkiyəyə F-35 qırıcılarının tədarükü Rusiya istehsalı olan S-400 zenit-raket komplekslərinə görə hələ də açıq qalıb.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Ankaradakı səfiri və prezidentin Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barak deyib.

Diplomatın sözlərinə görə, əgər Ankara ilə Vaşinqton arasında bu məsələ həll edilərsə, F-35 layihəsi yenidən müzakirə mövzusu ola bilər:

“Türkiyə NATO-nun ikinci ən güclü ordusuna sahibdir və müdafiə sənayesində böyük irəliləyiş göstərib. Əgər S-400 problemi yoluna qoyularsa, F-35 tədarükü məsələsi geri dönə bilər. Prezident Tramp bu məsələdə rasional yanaşma nümayiş etdirib”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün F-35 proqramına qayıdışla bağlı danışıqların davam etdiyini və konkret tarixlərin hələ müəyyənləşmədiyini açıqlayıb. O, həmçinin S-400-lərlə bağlı məsələnin artıq bağlandığını və ABŞ Prezidenti Donald Trampın F-35-lərlə bağlı razılaşmaya sadiq qalacağına ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiya ilə S-400 sistemi üzrə müqavilə imzalamış və 2019-cu ildə kompleksləri əldə etmişdi. ABŞ isə buna cavab olaraq Türkiyəni F-35 proqramından çıxarmış, CAATSA qanunu çərçivəsində Türkiyə müdafiə sənayesi rəhbərlərinə qarşı sanksiyalar tətbiq etmiş və birgə memorandumu ləğv edərək onu qalan 7 tərəfdaş ölkə ilə yenidən imzalamışdı.

Tarix
2025.07.12 / 16:07
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Türkiyə Cümhuriyyətinin qurulmasından 103 il ötür

Azərbaycanı tənqid edənlər başlarını divara vursunlar - Paşinyan

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla