Yuxarı

Ukraynadan Rusiyaya Donetsklə bağlı təklif

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynadan Rusiyaya Donetsklə bağlı təklif

Ukrayna Donetsk vilayətində demilitarizasiya zonasının yaradılması məsələsini müzakirə etməyə hazırdır.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Sergey Leşşenko bildirib.

Onun sözlərinə görə, Ukrayna müharibənin mümkün qədər tez başa çatdırılması üçün danışıqların aparılmasını təklif edir. Kiyev həmçinin enerji infrastrukturu və dəniz sahəsi də daxil olmaqla, ayrı-ayrı sektorlarda atəşkəsin tətbiqini dəstəkləyir.

O qeyd edib ki, ərazi məsələləri texniki danışıqlar qrupları səviyyəsində deyil, dövlət başçıları arasında müzakirə olunmalıdır:

“Ukrayna kompromisə getməyə hazırdır. Məsələn, Donetsk vilayətinin bütün ərazisində deyil, hər iki tərəfdən döyüş təmas xəttinin ətrafında yerləşən hissəsində demilitarizasiya zonasının yaradılması məsələsi liderlərin danışıqlarında müzakirə oluna bilər. Ukrayna bunu təkliflərindən biri kimi hazırlayıb”.

Tarix
2026.10.29 / 08:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur - Deputat

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla