Yuxarı

Əgər İsrail Livana qarşı müharibəyə başlasa... - Hizbullah

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hizbullah hərəkatı hərbi potensialını bərpa edib. Həm ABŞ-ın, həm də İsrailin Livana qarşı mümkün təcavüzünü dəf etməyə tam hazırdır.

Axar.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Hizbullahın siyasi şurasının üzvü Mahmud Kamati bildirib.

“Əgər İsrail ABŞ-ın dəstəyi ilə Livana qarşı müharibə başlatmaq qərarına gələrsə, bu, dərhal cavab tələb edəcək. Biz İsrailin Livana qarşı istənilən hücumunu dəf etməyə tam hazırıq”, - Kamati vurğulayıb.

O qeyd edib ki, beynəlxalq ictimaiyyətin Hizbullahın tərk-silah edilməsi məsələsinə maraq göstərməsi hərəkatın döyüş hazırlığının və strateji gücünün açıq göstəricisidir:

“Biz ABŞ administrasiyasına qətiyyən etibar etmirik və bölgədə baş verən bütün təcavüz və qətllərin arxasında məhz onun dayandığını bildiririk. ABŞ İsrailin əli ilə Hizbullahın baş katibi Həsən Nəsrullahın qətlinə görə məsuliyyət daşıyır. Biz ABŞ ilə heç bir dialoq aparmaq istəmirik və danışıqlar barədə bütün təklifləri rədd edirik. Biz “strateji səbir” strategiyasına sadiq qalırıq və bu, hazırda Livanın maraqlarına uyğundur”.

Tarix
2025.07.12 / 17:46
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Əliyevlə Pezeşkianın azərbaycanca səmimi dialoqu - Video

İlham Əliyevlə Putin belə salamlaşdı - Video

İlham Əliyev və xanımı Çində paradı izlədi - Video

İran da, Rusiya da anlayacaq ki, Zəngəzur qorxuları...

Kuyundziç Mariyana Azərbaycana gəldi

Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi

Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video

Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi

İrəvan Qarabağ məsələsini buna görə bağladı - Şahramanyan

İlham Əliyev Pekində belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla