Yuxarı

Qurban Qurbanov "Tvente" ilə oyunlardan danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki yaxşı oyun alındı. Bütün futbolçularımıza 90 dəqiqə oynamaq üçün şərait yaratdıq.

Axar.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışında Niderlandın "Tvente" komandasına qarşı keçirdikləri yoxlama oyunlarından sonra klubun rəsmi saytına açıqlamasında deyib.

53 yaşlı mütəxəssis yaxşı oyun fəlsəfəsi olan, güclü və intizamlı rəqiblə qarşılaşdıqlarını bildirib. Onun sözlərinə görə, nəticədən çox meydanda etdikləri vacib idi:

"Bütün istəklərimizin düzgün icra edilməsini futbolçulardan hələ tələb etməyimiz doğru çıxmaz. Səhvlər qaçılmazdır. Lakin hər iki matçda komandamızın çıxışı gələcəyə ümid verdi. Hazırlıq dönəminin ən vacib günü idi. Oyunları zədəsiz tamamlamağımız da sevindirici məqamdır”.

Baş məşqçi yeni transferlər Dani Bolt və Pedro Bikalyonun çıxışına da münasibət bildirib:

“Həm məşqdən-məşqə, həm də oyundan-oyuna hər şey yaxşılığa doğru gedir. Hər ikisi məsuliyyətli futbolçudur. Əlbəttə, hələ potensiallarını tam açmayıblar. İnanıram ki, zamanla daha yaxşı forma yığacaqlar”.

Qeyd edək ki, "Qarabağ" “Tvente”yə qarşı eyni gündə iki yoxlama oyunu keçirib. Bunların birincisində 3:2 hesabı ilə qalib gələn Azərbaycan təmsilçisi ikincisində uduzub - 1:2.

Tarix
2025.07.12 / 01:31
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

Fransada müəmmalı ölümlər: Makronun arvadının sirli işləri

Şaranın Azərbaycan səfəri: Vacib olan məqamlar hansılardır?

Şaranın Azərbaycana səfəri başa çatdı

AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?

Şara Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

İsrail və Suriya Bakıda danışıqlar aparacaq - KİV

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşdü

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla