Yuxarı

Tanınmış qadın tiktoker qaydaları yenidən pozdu - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiktokda 600 mindən çox izləyicisi olan tanınmış fenomen Nailə Nəcəfli yol hərəkəti qaydalarını ciddi şəkildə pozub. O, idarəetmə zamanı qeyri-ciddi davranışı ilə həm özü, həm də digər yol hərəkəti iştirakçıları üçün təhlükəli vəziyyət yaradıb.

Axar.az Avtosfer.az-a istinadən xəbər verir ki, hadisənin görüntüləri elə onun özü tərəfindən Tiktokda paylaşılıb.

Kadrlarda görünür ki, N.Nəcəfli 77-YJ-102 dövlət nömrə nişanlı “Şevrolet” markalı avtomobili ilə paytaxtın mərkəzi küçələrindən biri olan Vaqif prospektində bir əli ilə sükanı saxlayır, digər əli ilə isə oyuncaq köpük tapançası vasitəsilə ətrafdakı sürücülərə “atəş açmaqla” onların diqqətini yayındırır. Bu anlarda nəinki onların diqqəti dağılır, həm də yol təhlükəsizliyi ciddi təhdid altına düşür.

Daha təhlükəlisi isə dönmə manevri etdikdən sonra baş verir. Belə ki, tiktoker digər əlini də sükan arxasından çəkərək avtomobilin pəncərəsini qapatmağa çalışır. Bu davranış nəinki yol hərəkəti qaydalarına, eyni zamanda elementar sürücülük məsuliyyətinə tamamilə ziddir.

Qanunvericiliyə əsasən, avtomobil idarəetməsi zamanı təhlükəli davranışlara yol verən sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət daşıyır. Xüsusilə idarəetmə zamanı hər iki əlin sükan üzərində olmaması və digər hərəkət iştirakçılarının təhlükəsizliyini təhdid edən hallarda cərimə və ya sürücülük hüququndan məhrumetmə tədbirləri tətbiq oluna bilər.

Qeyd edək ki, daha əvvəl də N.Nəcəflinin yol hərəkəti qaydalarını pozmasına dair görüntülər yayılıb.

Tarix
2025.07.12 / 20:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna müharibəsi təhlükəsizliyə ciddi zərər verir - Rəfiyev

TRT-dən tarixi Azərbaycan şəhəri ilə bağlı böyük səhv

İlham Əliyev Ərdoğana zəng etdi

Nazirlərin adından yayılan xəbərlərlə bağlı rəsmi açıqlama

Fransada müəmmalı ölümlər: Makronun arvadının sirli işləri

Şaranın Azərbaycan səfəri: Vacib olan məqamlar hansılardır?

Şaranın Azərbaycana səfəri başa çatdı

AZAL təyyarələrinin Ermənistan üzərindən uçuşu niyə dəyişilib?

Şara Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

İsrail və Suriya Bakıda danışıqlar aparacaq - KİV

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla