Yuxarı

Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün tarixi hadisə yaşanacaq: 13-cü dövlət, Yaxın Şərqdə...

Bu gün Azərbaycan qazı Suriyaya nəql ediləcək. Suriya Azərbaycan qazını istehlak etməklə öz enerji təhlükəsizliyini gücləndirən 13-cü dövlət olacaq. Bunadək Azərbaycan qazı 12 ölkəyə ixrac edilirdi.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı alim Vüqar Bayramov qeyd edib.

“Azərbaycan qazı Suriyaya gündəlik 6 milyon kubmetr ötürmə qabiliyyətinə malik olacaq Kilis-Hələb kəməri vasitəsi ilə nəql ediləcək. Bu o deməkdir ki, həmin kəmərin illik ötürmə qabiliyyəti 2 milyard kub metrədək yüksəldilə biləcək. Azərbaycan qazı vasitəsi ilə Hələbdə elektrik enerjisi əldə ediləcək və 1200 meqavata yaxın əlavə istehsal planlaşdırılır. Bütövlükdə, Azərbaycan qazından istifadə etməklə Suriya daxilii elektrik enerjisi təminatını 2 dəfəyə yaxın yaxşılaşdıra biləcək”, - o bildirib.

Millət vəkilinin sözlərinə görə, Suriyanın enerji təlükəsizliyinə töhfə Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək:

“Azərbaycanın yalnız region və Avropanın deyil, eyni zamanda Yaxın Şərqin də enerji təhlükəsizliyinin formalaşmasında rolu artmaqdadır.

Regionda enerji təhlükəsizliyinin formalaşmasına və güclənməsinə ən çox töhfə verən təşəbbüslərdən biri məhz Cənub Qaz Dəhlizinin reallaşması oldu. Bu dəhliz nəinki region, bütün Avropa üçün ən vacib təşəbbüslərdən sayılır. Cənub Qaz Dəhlizinin reallaşması Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində mümkün olub. Layihə müzakirə edilən zaman həm maliyyələşdirmə, həm də boru kəmərinin keçəcəyi coğrafi ərazilərlə bağlı fərqli yanaşmalar var idi. Bütün bunlara rəğmən Azərbaycanın dəstəyi ilə region və qitə üçün əhəmiyyətli hesab olunacaq layihə reallaşdı. Azərbaycanın reallaşdırdığı layihələr təbii qazın Türkiyə, Avropaya və artıq Suriyaya çatdırılmasını təmin edir. Məhz Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində regional enerji təhlükəsizliyin daha da güclənməsinə nail oluna bilindi.

Bütövlükdə, Azərbaycan qazının Suriyaya nəql edilməsi tarixi hadisədir. Uzun müddət vətəndaş müharibəsi yaşayan və əsasən dağıdılan Suriya yeni mərhələdə Azərbaycan qazı vasitəsi ilə öz enerji təhlükəsizliyini gücləndirəcək”.

Tarix
2025.08.02 / 10:53
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

İrəvan və Bakı arasında tarixi sülh sazişi... -Tramp

Oskanyan dedi ki, Elmar, elə bilirsən ki, biz ağılsızıq?

Tramp hücumu niyə dayandırdığını soruşdu, Əliyev cavabında...

Zəngəzurla bağlı bizə söz verdilər - Arakçı elan etdi

XİN rəhbəri NATO nümayəndələri ilə görüşdü

Azərbaycandan gələn buğda yoxlanılacaq - Arutyunyan

Azərbaycan bütün regionun gələcək inkişafını müəyyən edir

Rusiya Abbasovu 17 il azadlıqdan məhrum etdi

Tariximizin Zəfər salnaməsi!

Araikin cinayətlərdə iştirakı sübutlarla təsdiqləndi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla