Yuxarı

"Kəpəz"in İdarə Heyətinin üzvü klubdan ayrıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Kəpəz"in İdarə Heyətinin üzvü klubdan ayrıldı

"Kəpəz"in İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşaviri Erkin İbrahimov klubdan ayrıldığını təsdiqləyib.

Axar.az xəbər verir ki, klub rəsmisi bu barədə Report-a açıqlamasında bildirib.

O, vəzifəsindən ayrılmaqla bağlı qəti qərar verdiyini söyləyib:

"Kağız üzərində hələ ki, klubdayam. Sadəcə, həftəsonu olduğu üçün rəsmi prosedurları həyata keçirə bilməmişdim. Rəhbərlik artıq bu barədə məlumatlandırılıb. Vəzifəmdən ayrılmaqla bağlı qərarım qətidir və birinci gün ərizəmi kluba təqdim etməyi planlaşdırıram".

E.İbrahimov ayrılmasının səbəbləri haqqında sualı da cavablandırıb:

"Öz istəyimlə ayrılıram. "Kəpəz"də çalışmaq istəmirəm. Bəziləri düşünür ki, qərar verməkdə tələsmişəm. Amma mən düşünürəm ki, əslində gecikmiş qərardır. Həm futbolda, həm də həyatda öz prinsiplərim var və buna görə yaşayıram. Düşünürəm ki, verdiyim qərar "Kəpəz"də çalışan hər bir əməkdaşın, sıravi işçilərin xeyrinə olacaq".

Qeyd edək ki, E.İbrahimov bu ilin mayında "Kəpəz"in İdarə Heyətinin üzvü və idman məsələləri üzrə müşavir təyin olunmuşdu.

Tarix
2025.07.12 / 19:05
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

Bu sazişlər tez təsdiqlənməlidir - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla