Yuxarı

Xameneinin Azərbaycana nifrətinin əsl səbəbi - İsrail KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yerusəlim Post” qəzetrinin dünənki sayında “Xameneinin Azərbaycana şəxsi nifrəti” (Khamenei’s personal hatred of Azerbaijan) adlı məqalə təqdim olunub. Məqalənin müəllifi Mordeçay Kedar yazır ki, İran İslam Respublikası şimal qonşusu Azərbaycana ciddi düşmənçilik hissi bəsləyir. İran uzun illər Azərbaycanı təkcə hərbi yox, həm də psixoloji müharibə yolu ilə təhdid edir. İran Azərbaycanla bağlı çoxsaylı saxta xəbərlər, reallıqdan işıq ili qədər uzaq məlumatlar yayır.

İranda hakimiyyətin ən zirvəsində dayanan bir şəxs bütün farsların Azərbaycana qarşı nifrətini körükləyir: Ali rəhbər Əli Xamenei.

“İran daxilində Azərbaycan xalqına qarşı bu izaholunmaz nifrəti izah etməyə çalışan bəzi məlumatlara görə, Xameneinin anası erməni əsilli iranlıdır ki, bu da onun Azərbaycana olan düşmənçiliyinin mənbəyi ola bilər. Bu, həm də Xameneinin hakimiyyəti dövründə İranın Ermənistanla dərinləşən əlaqələrini izah edir”.

Ali liderin xalqa aşılamaq istədiyi fikir odur ki, Azərbaycan İsrailin əlində “sionist alətə” çevrilib, Yaxın Şərqdə və Qafqazda regional sabitliyə təhlükə yaradır.

Əli Xameneinin anası ermənidirmi? Qərb mənbələri yazır ki, Əli Xamenei 1939-cu ildə Məşhəddə Şərqi Azərbaycan vilayətinin Xamnə şəhərindən olan Xamenei ailəsində anadan olub. Onun atası Xamnədən olan etnik azərbaycanlı, anası isə Yəzddən olan etnik farsdır.

Reallıq isə belədir ki, İranda fars şovinizminə söykənən molla rejimi Ermənistanla dostluq, Azərbaycan ilə isə düşmənçilik siyasəti yeridir. Molla rejiminin ən başında isə Əli Xamenei yer alır. Nə təhər ola bilər ki, İranın ali lideri də, prezidenti də türk olsun. Ancaq ölkədə total şəkildə anti-türk təbliğatı aparılsın. Bunu sağlam məntiqlə anlamaq sadəcə mümkün deyil.

Türk olması ilə iftixar duyduğunu deyən Məsud Pezeşkian İran prezidenti seçildikdən sonra vəziyyət xeyli dəyişib. Məsələn, Məsud Pezeşkianın yuxarıda vurğuladığım bəyanatı onu deməyə əsas verir ki, bundan sonra İranda anti-türk siyasəti yeritmək getdikcə çətinləşəcək...

Tarix
2025.07.11 / 14:52
Müəllif
Elbəyi Həsənli
Digər xəbərlər

Əli Əsədov Ukraynanın energetika naziri ilə görüşdü

Suriyada yeni hakimiyyətin qurulmasından sonra...

Moskva Bakıya qarşı “ağır artilleriyanı” işə saldı

Yaxın zamanlarda Azərbaycan qazı... - Şara

Zəngəzur dəhlizi ilə bağlı razılaşma: Bakıya təhvil verilir...

Əliyevin Suriya prezidenti ilə geniş tərkibdə görüşü oldu

Suriya prezidenti Azərbaycana gəldi - Foto

Tovuz döyüşləri: Erməni obyektləri "Harop"la belə vuruldu - Video

Azərbaycan bu seçkilərdə qələbə qazandı

Anar Abdullayev həbs olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla