Yuxarı

Çinin okeandakı fəaliyyəti: ABŞ-la qarşıdurmaya hazırlıq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çinin okeandakı fəaliyyəti: ABŞ-la qarşıdurmaya hazırlıq...

Çin okeanların öyrənilməsi sahəsində fəal şəkildə çalışır, dəniz resurslarından istifadə ilə bağlı böyük ambisiyalara malikdir, eyni zamanda ABŞ və onun müttəfiqləri ilə dənizdə qarşıdurmaya hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.

“Çin elmi-tədqiqat gəmiləri okeanların daha dərin və uzaq bölgələrini araşdırır, bu isə dənizin və iqlim dəyişikliyinin təsirinin daha yaxşı başa düşülməsinə xidmət edə bilər. Lakin bu araşdırmaların nəticələri, eyni zamanda, Çinin hərbi-dəniz maraqlarına – xüsusilə də Sakit okeanda sualtı qayıqların yerləşdirilməsi və ya az görünən ABŞ sualtı qayıqlarının izlənilməsi cəhdlərinə xidmət edə bilər.

Məlumatlara əsasən, son illərdə Çin elmi gəmiləri Tayvanın şərq sahilləri və Qvam adası ətrafındakı suları ətraflı şəkildə öyrənir. Məhz Qvamda ABŞ-ın Sakit okeanın qərb hissəsinin müdafiəsinə cavabdeh əsas hərbi-dəniz bazası yerləşir.

Çin gəmiləri həmin ərazilərdə ya paralel xətlər üzrə, ya da sıx şəbəkə şəklində hərəkət ediblər. Mütəxəssislərin fikrincə, bu, həmin strateji nöqtələrdə dəniz dibinə dair məlumatların sistemli şəkildə toplanmasından xəbər verir. Bu cür məlumatlar, məsələn, sualtı hərbi əməliyyatların planlaşdırılmasında olduqca faydalı ola bilər”, - nəşr qeyd edib.

Tarix
2025.07.12 / 08:00
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?

Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi

ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi

Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir

İsrailin XİN başçısı Azərbaycana səfər edəcək - KİV

Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər

ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir

Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı

Bu ölkə iki yerə bölünə bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla