Yuxarı

Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pezeşkian da bunu istəyir, ancaq əl-qolu bağlıdır...

ABŞ Prezident Donald Tramp İrandadakı etirazlarla bağlı hər gün açıqlama verir və status paylaşır. Ağ Ev sahibinin İranın hərbi mərkəzlərinə zərbə vuracağı açıqlaması və “İran indi daha çox azadlığa can atır. ABŞ kömək etməyə hazırdır” statusu etirazları yatırtmağa çalışan İran mühafizəkarlarına təzyiq, etirazçıları isə daha çox cəsarətli olmağa həvəsləndirmək məqsədi daşıyır. Etirazçıların da bir neçə şəhərdəki küçəni “Donald Tramp” adlandırması onların Ağ Ev sahibi ilə razılaşmasına işarədir.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“İranda internetin kəsilməsinə baxmayaraq, Trampla etirazçılar arasında rabitə yaranıb. Ağ Ev sahibinin İrana artan diqqəti bu ölkədəki mühafizəkarları ənənəvi olaraq “Amerikaya ölüm” şürını səsləndirməyə həvəsləndirib. Halbuki bir müddət bu şüarın səslənməsinə fasilə vermişdilər.

Beləliklə, Tehrandakı dükan sahiblərinin milli pull vahidinin dəyərdən düşməsiylə bağlı başlatdıqları etirazlarda xarici amil də ön plana keçib. Etirazlar davam edərkən, ABŞ-ın İranın hərbi mərkəzlərinə və SEPAH məntəqələrinə endirə biləcəyi zərbələrin nəticəsi nə ola bilər? Mühafizəkarlar etirazların ilk günləri ABŞ-ın adını çəkmirdilər, ancaq Trampın etirazlarla bağlı açıqlama və statusları çoxaldıqca, mollalar etirazları məhz Amerikanın təşkil etdiyini söyləməyə başladılar. Məqsəd aydındır, rejim diqqəti ölkədaxili problemlərdən yayındıraraq cəmiyyəti məlum düşmənə qarşı mobilizə etməyə çalışır. ABŞ raket zərbələri endirərsə, molla rejimi mobilizəni gücləndirməyə çalışacaq. Ancaq bu, müvəqqəti xarakter daşıyacaq. Rejim İsrail və ABŞ-la 12 günlük müharibədən sonra cəmiyyəti mobilizə edə bilmədi, əksinə, sanksiyalardan bezən insanlar ölkələrinin beynəlxalq aləmlə normal münasibətlərinin formalaşmasını istəyirlər. Bunu istəyənlərdən biri də İran Prezidenti Məsud Pezeşkiandır, ancaq onun da əl-qolunu bağlayan indiki sistemdir”, - politoloq bildirib.

Tarix
2026.01.11 / 14:03
Müəllif
Axar.az
Digər xəbərlər

Ukrayna Putinin masasına qoyulan sənədləri ələ keçirdi - Foto

Dövlətçiliyimizin 4 mərhələsi: ...Qurtuluş və Quruluş

Azərbaycanla ABŞ TRİPP-in icrası məsələlərini müzakirə etdi

CNN-in Azərbaycanla bağlı uydurma yazısı - Foto

İqlimi dəyişdirən gizli texnologiyalar...

Şimali Kiprin baş naziri Azərbaycanı təbrik etdi

Əli Əsədov Şimali Kiprin baş naziri ilə görüşdü

Zülfüqarovdan ermənilərə: Etməyin, məsləhət görmürəm!

Rusiyada səssiz hakimiyyət dəyişikliyi baş verir - FT

Bunu Əliyev, Paşinyan, Magyar, Sandu bacardı - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla