Yuxarı

ABŞ hərbçiləri Venesuelada dəhşətli silahdan istifadə edib

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ hərbçiləri Venesuelada dəhşətli silahdan istifadə edib

Amerika hərbçiləri Venesuela lideri Nikolas Maduronun ələ keçirilməsi əməliyyatı zamanı naməlum, güclü bir silahdan istifadə ediblər.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Post” qəzeti Venesuela liderinin təhlükəsizlik xidmətinin əməkdaşının ifadəsinə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ əsgərləri venesuelalıların radar sistemlərini söndürməklə, müqavimət mərkəzlərini basmaqla və dronlarla mövqeləri atəşə tutmaqla onları asanlıqla kor edə biliblər.

"Birdən bütün radar sistemlərimiz heç bir izahat olmadan qaraldı. Növbəti gördüyümüz şey mövqelərimizin üzərindən uçan çoxsaylı dron oldu. Necə reaksiya verəcəyimizi bilmirdik”, - o bildirib.

O vurğulayıb ki, bundan sonra səmada Amerika xüsusi təyinatlılarını daşıyan helikopterlər peyda oldu:

“Onlar daha güclü silahlarla silahlanmışdılar. Bir anda onlar güclü səs dalğası yaradan nəsə atdılar və başımın içəridən partladığını sandım. Ətrafdakıların burunlarından qan açıldı və qan qusmağa başladılar. Bu, bizi ayağa qalxa bilməyəcəyimiz vəziyyətə saldı”.

Qeyd edək ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Xüsusi təyinatlılar isə ölkə Prezidenti Nikolas Maduro və xanımı Silia Floresi ələ keçirilərək, Nyu Yorka aparıb.

Tarix
2026.01.11 / 17:15
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Bu ölkə Azərbaycanda səfirlik açır

İlham Əliyev Bolqarıstan prezidentinə başsağlığı verdi

Bu gün Antalyada COP31 Liderlər Zirvəsi keçiriləcək

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla