Yuxarı

Bakıda torpaq kəskin bahalaşdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda torpaq kəskin bahalaşdı - Video

Son dövrlər paytaxt Bakıda torpaq sahələrinin qiymətində kəskin artım müşahidə olunur.

Axar.az İTV-yə istinadən xəbər verir ki, bahalaşma, xüsusilə, mərkəzə yaxın ərazilərdə və infrastrukturu inkişaf etmiş zonalarda daha çox nəzərə çarpır.

Mütəxəssislərin sözlərinə görə, torpaq qiymətlərinin yüksəlməsinə əhalinin artması, tikinti sektorunda canlanma, yeni yol və kommunikasiya layihələri, eləcə də investisiya marağının güclənməsi səbəb olub. Qeyd edilir ki, bəzi ərazilərdə torpaq sahələrinin qiyməti son illərlə müqayisədə bir neçə dəfə artıb.

Ekspertlər yaxın dövrdə qiymətlərin sabitləşməsinin çətin olacağını, artımın müəyyən ərazilərdə davam edəcəyini istisna etmirlər.

Bahalaşma ən çox Səbail və Yasamal rayonlarında qeydə alınıb. Ən zəif yüksəlmə isə Qaradağ və Pirallahı rayonlarının payına düşüb.

Sakinlərdən bir çoxu qeyd edir ki, torpaq alışında bahalaşmanı süni şəkildə yaradırlar.

Dəllallar isə bildirirlər ki, ən çox qiymət artımı çıxarışı olan əraziləri əhatə edir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda isə bahalaşma nisbətən zəifdir.

Həmçinin Xəzər dənizinə yaxın ərazilərdəki torpaqların qiyməti də mərkəzdəkilərlə eynilik təşkil edir. Bunun da əsas səbəbi onların bağ evi təyinatlı olmasıdır.

Tarix
2026.01.11 / 18:57
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla