Yuxarı

Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Azərbaycandan bu məhsulların idxalına qadağa qoydu

“Rosselxoznadzor” iyulun 11-dən etibarən Azərbaycanın “Allbuy” MMC və “Milk Products” MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edir.

Axar.az xəbər verir ki, bu qərar adıçəkilən müəssisələrin Rusiya tərəfindən keçirilməsi nəzərdə tutulan yoxlamadan imtina etməsi və Rusiya bazarına ixracda maraqlı olmamaları ilə əlaqədar qəbul edilib.

Qurumun məlumatında bildirilir ki, bundan əvvəl “Rosselxoznadzor” Rusiyaya süd məhsulları ixracını davam etdirən beş Azərbaycan müəssisəsində yoxlama aparmağa hazır olduğunu Azərbaycanın səlahiyyətli orqanlarına bildirib. Bu yoxlamaların məqsədi Avrasiya İqtisadi İttifaqının və Rusiya Federasiyasının qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət etmək, habelə əvvəlcə təqdim edilmiş uyğunluq zəmanətlərini qiymətləndirməkdir.

Qurum həmçinin xatırladıb ki, 2024-cü ildə keçirilən yoxlamalar zamanı müəyyən pozuntular aşkar edilib və bu da qərarın qəbulunda nəzərə alınıb.

Tarix
2025.07.10 / 01:09
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla