Yuxarı

ABŞ generalı: “Rusiya 2008-ci ildən sonra...”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya ABŞ üçün İŞİD-dən daha təhlükəlidir.

Axar.az xəbər verir ki, bunu Amerika mətbuatına müsahibəsində ABŞ ordusunun Baş Qərargah rəisi general Mark Milli söyləyib. Onun sözlərinə görə, Rusiya Yer üzərində ABŞ-ı məhv etməyə qadir olan yeganə dövlətdir:

"Bizim mövcudluğumuz üçün əsas təhlükə Rusiyanın nüvə potensialıdır. Nüvə silahı digər ölkələrdə də var, amma bu, Rusiyada olduğu qədər deyil. Bundan başqa, bir dövlətin birbaşa ABŞ-ı məhv etmək imkanı yoxdur. Moskvanın niyyətlərini müəyyən etmək çətindir. Hər şeyi bilmək üçün keçmişə baxmaq kifayətdir. Berlin divarlarının uçurulmasından 2008-ci ilə qədər Rusiya aqressiv xarici siyasət tətbiq etməyib. Hər şey 2008-ci ildən sonra dəyişib. Kreml 1919-cu ildə Versalda imzalanmış müqavilə də daxil olmaqla digər bütün beynəlxalq razılaşmaların hamısını pozub. Onlar müstəqil ölkələrin ərazilərinə hücum edərək öz qüvvələrini yenidən bərpa etdilər. Rusiyanı diqqətlə izləmək lazımdır. Məhz bunlara görə, mən bu ölkəni ABŞ üçün bir nömrəli təhlükə adlandırıram".

Qeyd edək ki, bir müddət öncə Senatdakı dinləmələr zamanı Mark Milli ABŞ üçün əsas təhlükənin Rusiya, Çin, İran, Şimali Koreya və İŞİD olduğunu bildirmişdi.

Tarix
2015.11.04 / 11:33
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla