Yuxarı

İŞİD əsirliyindəki keşiş: “Onlar savadlıdırlar…”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onlar məndən ilahiyyata aid məsələlərlə maraqlanar, Allah, Müqəddəs Üçlük, İsa və onun çarmıxa çəkilməsi barədə soruşardılar.

Axar.az xəbər verir ki, bu sözləri üç ay "İslam dövləti"nin əsiri olmuş suriyalı keşiş Cek Murad ata deyib.

Onun sözlərinə görə, Elian monastrında könüllü fəaliyyət göstərən Botros Hanna ilə birlikdə qaçırılıblar.

Cek ata zorla avtomobilə otuzdurulub, gözləri sarıqla bağlanıb, Suriyanın Rakka şəhərinə gətirilib. Burada onlar 84 gün saxlanılıb. Onlara işgəncə verilməyib, tibbi yardım göstərilib və yemək verilib.

Cek ata xatırlayır: "Əsarətdəkilərə hədə-qorxu gəlirdirlər. Deyirdilər ki, islama keçməkdən imtina edərlərsə, öldürüləcəklər. Bizi qorxutmaq üçün onlar hətta neçə öləcəyimizi təfsilatlı izah edirdilər".

Keşişin sözlərinə görə, keçdiyi təcrübə əqidəsini möhkəmləndirib. Hərçənd ki, o bəzən başının kəsiləcəyini də düşünüb.

Həbsinin 84-cü günü qruplaşmanın əmiri onunla görüşüb: "Əl-Qəryəteyn xristianları səni qaytarmaq istəyirlər və bizi buna görə cana yığıblar, odur ki, tərpən.

Palmira və Savvanehi keçdikdən sonra avtomobil tunelə daxil olaraq gözdən itdi. Bizi maşından çıxardılar. Əmir əlimdən tutub məni yekə dəmir qapıya doğru apardı. O, qapını açanda mən içəridə kilsə icmasından iki adamı gördüm".

O deyib ki, cihadçıları mədəniyyətsiz bədəvilər kimi görməyə meyilliyik:

"Reallıq bunun tam əksidir. Onlar ağıllı, savadlı, universitet təhsillidirlər və bir şeyi planlaşdırarkən, hər bir xırdalığa diqqət yetirirlər".

Tarix
2015.11.05 / 23:09
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla