Yuxarı

Daha bir terror hücumu: bütün girovlar xilas edildi - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha bir terror hücumu: bütün girovlar xilas edildi - Video

13:34

Naməlum şəxslər Malinin paytaxtı Bamakoda xarici vətəndaşların və Qərb rəsmilərinin qaldığı "Radisson" otelinə hücum edib.

Axar.az xəbər verir ki, silahlı şəxslərin 3 nəfəri öldürdüyü, 170 nəfəri isə girov götürdüyü bildirilir.

Təhlükəsizlik orqanları hazırda otelin binasını mühasirəyə alıb.

Araşdırma zamanı terrorçuların otelə diplomatik nümayəndəliklərə məxsus avtomobil nömrələri ilə daxil olduğu üzə çıxıb.

Almaniyanın RTL kanalı Malidəki Fransa ordusunun hadisə bölgəsinə göndərildiyi barədə məlumat yayıb.

***

"Röyter" agentliyinin verdiyi məlumata görə, girov götürülənlər arasında Türkiyə Hava Yollarının 6 əməkdaşı da var.

***

"Assoşeyted Press" agentliyi xüsusi təyinatlıların terrorçulara qarşı əməliyyat təşkil etdiyi barədə məlumat yayıb. Məlumata görə, əməliyyat zamanı 50 nəfər azad edilib.

Azad olunanlardan 5-i Türkiyə Hava Yollarının əməkdaşıdır.

***

Son məlumatlara görə, buraxılan girovların sayı 80-ə çatıb. Bu dəqiqələrdə ABŞ və Fransa hərbçiləri terrorçulara qarşı əməliyyat aparır.

***

CNN-in yaydığı məlumata görə, ABŞ xüsusi təyinatlılarının Malidə apardığı əməliyyat nəticəsində 6 ABŞ vətəndaşı xilas edilib.

***

"Skay Nyus"un verdiyi məlumata görə, "Radisson" otelindəki bütün girovlar xilas edilib.

Bu haqda ilkin məlumatı Malinin Təhlükəsizlik Nazirliyi yayıb. Məlumatda sözügedən oteldə artıq girov qalmadığı deyilir.

Tarix
2015.11.20 / 19:57
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Ermənistanda TRİPP layihəsinin icrası müzakirə olundu

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Heç bir dövlət bu prosesdən kənar qala bilməz - Əli Nağıyev

Prezident və xanımı Şamaxıda açılışda... - Foto

Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi

Biz birgə səylərlə çalışmalıyıq ki, TDT... - İlham Əliyev

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti... - Prezident

BMT sistemi normal fəaliyyət göstərsəydi... - Prezident

“Qərbi Azərbaycan” ritorikası ciddi təhdiddir - Paşinyan

Prezident onları qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla