Yuxarı

Güneyli ekspert: İran ordusu Ermənistana girə bilər - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:30

İranın Naxçıvanla sərhəddə hərbi qüvvələri cəmləşdirməsi ilk növbədə təbliğat məqsədlidir. Yəni, həm ermənilərə motivasiya vermək, həm də baş verə biləcək savaşda öz ciddiyyətini göstərmək üçündür.

Bu sözləri Axar.az-a Təbriz Araşdırmaları İnstitutunun mütəxəssisi Babək Şahid İran ordusunun Naxçıvanla sərhəddə yerləşməsi və təlimə hazırlaşması haqda danışarkən deyib.

O bildirib ki, İranın Naxçıvan iqtisamətində hər hansı işə əl qoyacağını düşünmür:

“Naxçıvan Türkiyənin qarantı altındadır və ümumiyyətlə, Azərbaycan ərazisi Şuşa Bəyannaməsi ilə artıq həm də Türkiyənin məsuliyyətidir. İranın Naxçıvana hər hansı hərbi müdaxiləsi müzakirə mövzusu ola bilməz, əks halda Tehran üçün çox ağır nəticələri olar”.

Ekspert qeyd edib ki, İranın Azərbaycanla mümkün münaqişə halında Ermənistana hərbi yardımı birbaşa olmayacaq:

“İran mümkün münaqişə halında Ermənistana iki şəkildə yardım göstərə bilər: Birincisi, “Hüseyniyyun” kimi müxtəlif terror təşkilatlarını bölgəyə göndərə bilər; İkincisi isə Ermənistana silah-sursat və PUA-lar verə bilər”.

Babək Şahid həmçinin deyib ki, rəsmi olaraq İran hərbi qüvvələrinin Zəngəzura dəvət olunması da mümkündür:

“Bu zaman İran ordusu Qərbi Zəngəzura yerləşə bilər”.

Tarix
2023.03.27 / 09:49
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

İlham Əliyevin hesabında Ağdamdan görüntülər yayıldı - Video

Bakıdan Pakistan-Hindistan atəşkəsinə reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla