Yuxarı

Yenə azaldı, yenə Gürcüstana uduzduq – Səbəb nədir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yenə azaldı, yenə Gürcüstana uduzduq – Səbəb nədir?

Bu ilin ilk rübündə (yanvar-mart) Azərbaycana gələn turist sayı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,1% azalaraq, cəmi 508 min nəfər olub. Qonşu və müttəfiq Gürcüstana - daxili gərginliyin, mitinqlərin, etirazların olmasına baxmayaraq - 2025-ci ilin 1-ci rübündə 2024-cü ilin eyni dövrünə nisbətən 1,2% daha çox, yəni 1,3 milyon turist səyahət edib. 2025-ci ilin eyni dövrlərini müqayisə edəndə Gürcüstana Azərbaycandan 2,5 dəfə çox turist gəlib.

Axar.az xəbər verir ki, bu barədə siyasətçi Natiq Cəfərli qeyd edib.

O bildirib ki, quru sərhədləri bağlı olan ölkə turizmi inkişaf etdirə bilməz, buna baxmayaraq, Azərbaycanın problemi tək bu deyil – qiymət və keyfiyyət tarazlığı, hekayə quruculuğu yoxdur:

“Məsələn, istənilən ölkədə Qobustan kimi bir tarixi məkan olsaydı, elə bir hekayə quruculuğu təşkil olunardı ki, bütün dünya Qobustanı tanıyardı. Qobustan turizm üçün hekayə quruculuğunda ideal yerdir – nə desən var, hətta nə istəsən, artıraraq göstərə, danışa da bilərsən.

Haşiyə: 2014-cü ildə Gürcüstan dünyaya elan etdi ki, 8 min il öncə Şulaveri və Qadaçreli bölgəsində şərab istehsal olunub, indi həmin kəndlərə, bölgəyə ildə 400 min turist gəlir.

Biz isə Qobustanı normal təbliğ edə bilmirik, bu bir kənara, 8 may 2025-ci ildə Qobustana giriş biletlərini kəskin bahalaşdırıblar. Əvvəlki qiymətlər belə idi: yerli ziyarətçilər 4, əcnəbi ziyarətçilər 10, tələbələr 1, məktəblilər üçün isə 0.40 AZN. Bir neçə gün öncə yeni qiymətlər elan ediblər: indi yerli ziyarətçilər 7, əcnəbi ziyarətçilər 20, tələbələr 3, məktəblilər 2 manat ödəməli olacaqlar.

Qiymətləri turistlər üçün 2, tələbələr üçün 3, məktəblilər üçün isə 5 dəfə artırıblar. Ümumiyyətlə, turistlər üçün muzeylərə, qoruqlara baha bilet yanaşması dünyanın bir çox ölkəsində var, bunu anlayıram, amma bu addım məkanın PR-ı ciddi qurulandan sonra mümkündür, məsələn, qardaş Türkiyədə Aya Sofyanı dünyada tanımayan yoxdur, orada yerli-əcnəbi qiymət fərqi anlaşılandır. Amma biz hələ Qobustanı tanıda bilmişikmi ki, indidən ikiqat qiymət fərqi qoyuruq? Yaxşı, öz şagirdlərimizə, tələbələrimizə qiyməti nədən artırırıq ki?! Elə yenə Türkiyədən misal çəksək, orada məktəblilər üçün əksər muzeylər tam pulsuzdur – bilirsiniz niyə? Çünki bu, həm də hekayə quruculuğunun bir hissəsidir, məktəblilər, tələbələr dünyaya daha açıq olurlar, müxtəlif ölkələrdə yaşayan həmyaşıdlıları ilə danışır və hər biri “turizm agentinə” çevrilirlər”.

Tarix
2025.05.11 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Bütün hərbçilərin nəşi tapıldı

Lavrovdan sonra Peskov da yalvardı - Putinlə nə baş verir?

Şəhid olan türk pilotlar ailəmizin üzvüdür - İngilis pilot

Donald Tramp prezident seçiləndən sonra... - İlham Əliyev

Prezident bu kilsənin nümayəndə heyətini qəbul etdi

İH-lərin ləğvi: Xüsusi nümayəndəlik nə vaxt tətbiq ediləcək?

Kriptovalyuta bazarına kapital axınları azaldı

Paradda liderlərin əyləşdiyi yer belə hazırlanıb - Video

Bu şəxslər hərbi xidmətdən azaddır!

Azad edilmiş ərazilərdə 7 milyonluq layihə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla