Yuxarı

Həsən Ruhani İranın nüvə proqramından danışdı - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İranın xoşbəxt gələcəyi var".

Bu sözləri 5 ay öncə İran İslam Respublikasının prezidenti seçilən Həsən Ruhani "Euronews" televiziyasının müxbiri İzabel Kumarla müsahibəsi zamanı deyib. İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi Forumunda iştirak edən İran prezidenti müsahibəsində İranın nüvə proqramı çərçivəsində dünyanın aparıcı dövlətləri ilə əldə edilmiş razılaşmadan və İrana qarşı tətbiq edilmiş bəzi beynəlxalq sanksiyaların aradan qaldırılmasından söz açıb.

– Cənab prezident, çox sağ olun ki, bizim proqramda iştirak etməyə razılıq verdiniz. Sizin Davosa gəlişiniz tarixi bir hadisədir, çünki bu səfər İran prezidentinin son 10 il ərzində Avropaya, xüsusilə də Ümumdünya İqtisadi Forumuna ilk gəlişidir. Sizin gəlişiniz bu inamsızlığa bir son qoymuş oldu. Siz bu forumda dünya liderləri ilə görüşünüzdə istər iqtisadi, istərsə də siyasi müstəvidə nə gözləyirsiniz?

Həsən Ruhani – Mən sizə və sizin telekanalınıza minnətdarlığımı bildirirəm. Davosda keçirilən Forum çox əhəmiyyətlidir. Burada kainatın demək olar ki, bütün ölkə rəsmiləri iştirake dirlər. Forumun seminarlarında iqtisadi sahədə mövqelərin yaxınlaşaması üçün müxtəlif düşüncə tərzləri var. Mən Forumda iştirakım zamanı İranda keçirilən prezident seçkilərindən sonra ölkdə hökm sürən siyasi və mədəni perspketivlərin və onun həlli yollarını izah edəcəyəm. Qoy hamı bilsin ki, hazırkı İran bütün dövlətlərin iqtisadi əməkdaşlığı üçün açıqdır və bizim ölkə iqtisadi fəlaiyyət üçün böyük bir bazadır.

– İsveçrənin Davos şəhərində eyni vaxtda Suriyanın gələcəyi ilə intensiv danışıqlar gedir. İranın "Cenevrə-2" konfransına qatılması ertələnib. Siz bu haqda nə deyə bilərsiniz?

Həsən Ruhani – Biz inanırıq ki, Suriyada baş verən qırğınların qaşısını almaq biz insanların birbaşa vəzifəsidir. Bu regionda stabilliyin qorunmasında İran da maraqldır və biz Suriyada gedən vətəndaş müharibəsini sakit seyr edə bilmərik. İranın "Cenevrə-2" konfransına dəvət edilməsi haqda isə deyə bilərəm ki, biz Suriya xalqına kömək etmək üçün istənilən görüşə hazırıq. Bəli, təəssüf edirik ki, İran bu konfransda iştirak eməyəcək. Mən özümə görə yox, ölkəmin o konfransa iştirak edə bilməməsinə görə heyfslənirəm. BMT-nin bu addımı məni məyus edib. Belə hərəkətləri ilə onun nüfuzu aşağı düşür. Suriya xalqına kömək etmək bizim borcumuzdur. (ANS)

Tarix
2014.01.26 / 23:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla