Messi hakimi təhqir etdi: Özünü çox çirkin aparırsan!
13:42
Ana səhifə Planet |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü İstanbulda ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşündə yenidən Ukrayna böhranının həllində vasitəçilik təşəbbüsü ilə çıxış edəcək.
Axar.az xəbər verir ki, bu barədə “Hürriyyet “ qəzeti qeyd edib.
Nəşrin məlumatına görə, danışıqların gündəliyində Rusiya və Ukrayna arasında əsirlərin mübadiləsi məsələləri də olacaq. Türkiyə əvvəlki kimi bu istiqamətdə səy göstərməyə hazırdır.
Bildirilib ki, iyulun 17-də başa çatacaq taxıl sazişinin uzadılması İstanbul danışıqlarında daha bir vacib məsələ olacaq.
Ərdoğan bundan əvvəl dəfələrlə Rusiya lideri Vladimir Putin və Zelenskinin münaqişənin həlli ilə bağlı görüş yeri kimi Türkiyəni təklif edib.
Tarix
2023.07.07 / 10:48
|
Müəllif
Əminə Abbasova
|