Yuxarı

Kirkorov 400 manata görə axtarışa verildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kirkorov 400 manata görə axtarışa verildi

Rusiyanın xalq artisti Filipp Kirkorov avtomobili sürətli sürmək sevgisinə və yol hərəkəti qaydalarına məhəl qoymadığına görə xoşagəlməz vəziyyətə düşüb.

Kult.az xəbər verir ki, bu barədə "Shot" Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, məhkəmə icraçıları müğənnini yol hərəkəti qaydalarını pozduğuna görə yığılmış və ödənilməmiş cərimələrlə bağlı axtarışa veriblər.

Bildirilib ki, 2023-cü ilin dekabrından başlayaraq, Kirkorov özünün dəbdəbəli "Rolls-Roys" avtomobilində 31 dəfə yol hərəkəti qaydasını pozub. Çox vaxt rusiyalı pop ulduz sürət həddini aşıb, yol nişanlarının və xəttin tələblərinə məhəl qoymayıb və maşınını yanlış yerlərdə park edib. Bu pozuntular nəticəsində yığılmış cərimələrin məbləği 24 min rubla (400 manatdan çox - red.) çatıb.

Məhkəmə icraçıları Filipp Kirkorovun könüllü olaraq cərimələri ödəməsini gözləmədən ona qarşı icra tədbirinə başlamaq məcburiyyətində qalıblar. Bundan əlavə, müğənninin avtomobilinin qeydiyyat proseslərinə qadağa qoyulub, bu da o deməkdir ki, borc ödənilənə qədər avtomobili satmaq və ya yenidən qeydiyyatdan keçirmək mümkün deyil.

Tarix
2024.11.15 / 11:34
Müəllif
Kult.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla