Yuxarı

Bu türk ölkəsi Bakıda 3,7 milyardlıq sazişlər imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türk ölkəsi Bakıda 3,7 milyardlıq sazişlər imzaladı

Qazaxıstan COP29 çərçivəsində ümumi dəyəri 3,7 milyard ABŞ dolları olan yeni layihələrin həyata keçirilməsinə dair sazişlər imzalayıb.

Axar.az xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtcan Bakıda COP29 çərçivəsində keçirilən Mərkəzi Asiyada enerji keçidi üzrə İnvestisiya Forumunda bildirib.

"İlk növbədə təşkilatçılara təşəkkür etmək və Azərbaycan tərəfini bu böyük iqlim tədbirinin keçirilməsi münasibətilə təbrik etmək istərdim. Ölkələrimizin gələcəkdə ümumi və regional dayanıqlığa, ekoloji təhlükəsizliyə nail olunması ilə bağlı iddialı planları var", - nazir müavini qeyd edib.

O deyib ki, COP29 çərçivəsində Qazaxıstan “yaşıl enerji”nin inkişafı sahəsində böyük hökumətlərarası layihələrin həyata keçirildiyini uğurla elan edib:

"Xüsusilə Qazaxıstan, Azərbaycan və Özbəkistan prezidentləri Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsinə dair hökumətlərarası saziş imzalayıblar. Bu, gələcəkdə “yaşıl enerji”nin Avropaya ixracı üçün infrastrukturun yaradılmasına töhfə verəcək ən böyük regional layihədir".

O vurğulayıb ki, COP29 çərçivəsində Qazaxıstan və Çin hökumətləri bərpa olunan enerji mənbələri (BEM) sahəsində iri layihələrin həyata keçirilməsi barədə saziş imzalayıblar:

"Həmçinin “Masdar” şirkəti ilə BEM-lə bağlı layihələrin həyata keçirilməsinə dair investisiya sazişləri imzalanıb. Bu layihələrə investisiyaların ümumi həcminin təxminən 3,7 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir".

Tarix
2024.11.15 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

İllik təhsil xərclərinin miqdarı təsdiqləndi - Rəsmi

Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla