Yuxarı

İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrail necə hərbi avadanlığı bura daşıya bilər?!

Süni intellekt dövründə həqiqətin tapılması daha ciddi çağırışla üz-üzədir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Bakı Mədəniyyət və Media Dialoqu Platforması" çərçivəsində keçirilən "Sülhün dili və dezinformasiyaya qarşı mübarizə" mövzusunda xüsusi sessiyada deyib.

"Bu mənada dezinformasiya əsas maneələrdən biridir. Bu, yeni anlayış deyil. İndi görürük ki, bu, çox geniş vüsət almaqdadır. Süni intellekt və sosial media bir növ bu fenomenin zənginliyini incələyən məqama çevrilib", - Hacıyev bildirib.

Prezidentin köməkçisi bu xüsusda beynəlxalq qanuna diqqət çəkib:

"Hazırda süni intellekt vasitəsilə ölkələrin daxili işlərinə belə qarışılır. Azərbaycan 30 il ərzində dezinformasiyaya qarşı mübarizə sistemi qurub. Çünki o zaman elə bir vəziyyət yaradılmışdı ki, sanki Azərbaycan başqa ölkənin torpağını işğal edib. Yəni dezinformasiya bizə yad deyil".

H.Hacıyev CNN-in bir müddət əvvəl çox təhlükəli məsələ barədə məlumat yaydığını xatırladıb:

"Bu, elə bir məsələ idi ki, regionda vəziyyətə çox ciddi təsir edə bilərdi. Yəni bu peşəkar yanaşma deyildi. Azərbaycan bu situasiyada nə etdi? Qarşı tərəfdən açıqlama istədi, eləcə də məsələni BMT qarşısında qaldırdı. Lakin hələlik bu barədə cavab yoxdur.

CNN-in yaydığı məlumat elə idi ki, sankı Azərbaycanda İsrail qüvvələri var və onlar lazım olsa İrana hücum edə bilər. Bu, texniki olaraq belə mümkün deyil, tamamilə dezinformasiya idi. Azərbaycanın çox məhdud coğrafiyası var. Jurnalist bunu yazarkən başa düşməlidir ki, bu, texniki olaraq mümkün deyil.

CNN-in İran-İsrail müharibəsi dövründə Azərbaycanla bağlı dərc etdiyi məqalə tamamilə yanlış idi. Onların iddiası ilə baxsaq, İsrail hərbi avadanlığı bura necə daşıya bilər? Bu olsa, bunu peykdən və ya başqa qurğulardan görmək çox asandır. Bu iddialar mümkün deyildi.

Bu, Azərbaycan əleyhinə yönəlmiş dezinformasiya kampaniyasının tərkib hissəsi idi. Yəni, təkcə jurnalistlər və peşəkar media deyil, diplomatlar da bu dezinformasiyanın hədəfi oldular".

Tarix
2026.10.26 / 16:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycan xalqından üzr istəməlidir

İlham Əliyev İƏT-in baş katibini qəbul etdi

Azərbaycan QHT-ləri Pezeşkiana açıq məktub ünvanladı

Prezident Aleksandr Zuyevi qəbul etdi - Foto

İlham Əliyev BMT nümayəndəsini qəbul etdi - Foto

Saral istefasından yazdı: Şərəf duyduğum vəzifəm...

Ceyhun Bayramov Tom Berendsenlə görüşdü

Berendsen Azərbaycandan Ermənistana gedəcək

İlham Əliyev Tom Berendseni qəbul etdi

İranın işi qəlizləşdi: Sərrafı naşı, Arifi nadan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla