Yuxarı

Priqojin almışdı, Şoyqu əldən versə, üsyan olacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Priqojin almışdı, Şoyqu əldən versə, üsyan olacaq

Kreml üçün Baxmutun itirilməsi Z-patriotlar arasında reytinq baxımından mənfi nəticələr verəcək.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski bildirib.

"Bilirsiniz, ayın 24-dəki hadisələr ("Vaqner"in 24 iyun qiyam cəhdi - red.) fürerin şəxsi gücünü kəskin şəkildə zəiflətdi. Kriminal strukturda həmişə belə olur: xaç atasının gücü dəstənin bütün üzvlərinin tərəddüdsüz itaətinə əsaslanır. Kimsə sonradan cəzalandırılmadığı bir çağırış edirsə, bu, avtomatik olaraq xaç atasının gücünü zəiflədir və gələcəkdə belə cəhdlərə yol açır. Cinayətkar Priqojin bunu edə bildisə, general Popov qərar verdi ki, o - peşəkar hərbçi də eyni iddiaları rəhbərlərinə bildirə bilər. Belə Popov-Spartaklar yenə olacaq. Bu, Putinin nəzarəti tamamilə itirdiyini göstərir. Bu, bir gündə olmaya bilər, lakin bütün bunlar rus qoşunlarının döyüş qabiliyyətinə təsir edəcək", - politoloq bildirib.

Piontkovskinin fikrincə, yeni qiyam Baxmutun itirilməsindən dərhal sonra başlaya bilər:

"Baxmut ətrafında şiddətli döyüşlər gedir. Baxmut hərbi baxımdan o qədər də böyük əhəmiyyət kəsb etməyə bilər. Məsələn, Melitopolun azad edilməsi Baxmutun azad edilməsindən qat-qat əhəmiyyətlidir. Amma Rusiyadakı böhranlı vəziyyəti nəzərə alaraq, Ukrayna rəhbərliyinin bunu (Baxmutun işğaldan azad edilməsi - red.) çox yaxşı başa düşməsi və diqqətini bu işə yönəltməsi Rusiyanın hərbi-siyasi elitasında partlayışa səbəb olacaq. Təsəvvür edin ki, nələr danışacaqlar: Priqojin Baxmutu aldı, ancaq Şoyqu, Gerasimov və Putin - üzr istəyirəm, icazə verin, cənab Priqojinin bəyanatından sitat gətirim, - yenə “batırdılar”. Bax onda çoxlu Popovlar və Spartaklar üzə çıxacaq”.

Tarix
2023.07.16 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

1622-ci gün: Rusiyanın itkiləri yeniləndi

Türkiyədən Azərbaycanla bağlı mühüm addım...

İkram Kərimov vəfat etdi

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla