Yuxarı

Ermənistan və Gürcüstan hərbi əməkdaşlıq proqramını imzalayıb

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın və Gürcüstanın Müdafiə Nazirlikləri bu gün 2014-cü ildə hərbi əməkdaşlıq proqramını imzalayıb.

Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, Gürcüstan müdafiə nazirinin müavini Mixeil Darçiaşvilinin başçılığı ilə nümayəndə heyəti 28-29 yanvarda Ermənistanda olub. M. Darçiaşvili Ermənistanın müdafiə naziri Seyran Ohanyanla və baş nazir müavini David Tonoyanla görüşlər keçirib.

Tərəflər arasındakı görüşlərin gedişatında iki ölkənin müdafiə inazirləri arasında əməkdaşlığın səviyyəsinin genişlənilməsi perspektivləri müzakirə edilib. Həmçinin çoxtərəfli formatlarda qarşılıqlı əlaqə imkanları müzakirə olunub.

2014-cü ilin hərbi əməkdaşlıq proqramına qarşılıqlı səfərlər, hərbi siyasət sahəsində əməkdaşlıq və təcrübə mübadiləsi, sülhməramlı fəaliyyət və digər məsələlər daxildir. (ANS)

Tarix
2014.01.30 / 00:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla