Yuxarı

Ərdoğan: “Bu, siyasət deyil, xəyanətdir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ölkəyə və millətə nifrət edənlərin yanında olmaq siyasət deyil, xəyanətdir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Təhlükəsizlik qüvvələri əhaliyə zərər vermədən yaşayış ərazilərində terrora qarşı mübarizə aparır. Təbii ki, bu da əməliyyatların qısa zamanda bitməsinə əngəl olur. Dinc vətəndaşlarımızın həyatını təhlükəyə atmaqdansa, əməliyyatları daha uzun zaman ərzində təhlükəsiz həyata keçirməyi üstün tutduq. Ötən il 3000-dən çox terrorçu öldürüldü. 300 nəfərə yaxın isə itkimiz var. Şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Min ildir ki, bu torpaqlarda yaşamağın bədəlini ödəyirik. Xüsusilə son 200 ildə yaşadığımız ağrı və acılara baxmayaraq, hələ də məğrur dayanırıq. Bu, belə də davam edəcək. Bu gün Türkiyə bu əməliyyatları aparmaqda qərarlıdır. Nə bölgəmizdə, nə də daxilimizdə gedən oyunlar bizi yolumuzdan döndərə bilməyəcək", - Ərdoğan bildirib.

Ərdoğan çıxışı zamanı HDP sədri Səlahəddin Dəmirdaşın Moskva səfərinə toxunub:

"Rusiyaya getdilər. Onun arxasındakı qüvvələrə, terror təşkilatına silah yardımı edəcəklər. Nə edirlərsə, etsinlər. Bu ruh və inanc olduqdan sonra nə bir qarış torpağımızı verəcəyik, nə də hədəflərimizdən yayınacağıq".

Prezident onu əlavə edib ki, Türkiyədə kürd problemi yoxdur, terror problemi var.

Tarix
2016.01.06 / 20:27
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

İki deputatımızın rüsvayçı açıqlaması: Nikol sevinir - Video

Prezident Yan Vanmini qəbul etdi

Ermənistan ordusu iyuna qədər... - Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla