Yuxarı

Qazprom-Tiflis danışıqlarının şok detalı açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Energetika Nazirliyinin dünənki bəyanatı "Qazprom"un 30 oktyabr 2015-ci ildə verilən açıqlaması ilə üst-üstə düşmür.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan Respublikaçılar Partiyasının rəsmi nümayəndəsi Tamar Kordzaya söyləyib. Onun sözlərinə görə, hökumət hələ də bu danışıqların sosial və ya kommersiya qazı olması məsələsinə tam aydınlıq gətirməyib.

"Danışıqlar başlayandan sonra biz Energetika Nazirliyinə müraciət etdik və buna 30 noyabr 2015-ci ildə cavab aldıq. Bizi Gürcüstanın rus qazının idxalı və bu idxalın hansı seqment üzrə artırılması maraqlandırırdı. Bu, sosial, yoxsa kommersiya qazıdır? Energetika Nazirliyinin dünənki açıqlaması "Qazprom"un bizə 30 oktyabrda verdiyi açıqlama ilə üst-üstə düşmür. Hökumətin cavabında deyilir ki, sosial seqmentin tələbatını təmin etmək məqsədi ilə 2009-cu ildə SOCAR-la uzunmüddətli müqavilə imzalanıb. Dövlət hazırkı mərhələdə "Qazprom"dan kommersiya sektoru üçün təbii qaz almağı planlaşdırmır. Belə ki, bu sektor tənzimlənmir və kommersiya müştərilərinin öz istəklərinə uyğun olaraq təchizatçını seçmək imkanları var. Buradan da görünür ki, nə sosial, nə də kommersiya seqmenti üçün Rusiya qazının idxalının artırılması planlaşdırılmayıb. Amma buna rəğmən, dünən hökumət bəyan edir ki, mövcud olan defisiti bağlamaqdan ötrü idxalı artırmaq lazımdır. İndi müəyyənləşdirmək lazımdır ki, son iki ayda məhz hansı seqment üzrə tələbat artıb və bunun yaranmasına səbəb nə olub".

Qeyd edək ki, Respublikaçılar Partiyası hakim Gürcü Arzusu koalisiyasına daxil olan əsas partiyalardan biridir.

Tarix
2016.01.14 / 13:30
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla