Yuxarı

Fransa İŞİD-i vurdu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri İraqın Mosul şəhərində İŞİD terrorçularına qarşı əməliyyat keçirib.

Axar.az xəbər verir ki, bu barədə BFM TV telekanalında canlı yayıma qatılan Fransanın Müdafiə naziri Jan-İv Le Drian məlumat verib.

Nazirin sözlərinə görə, son 3 gün ərzində İŞİD-ə qarşı 7 əməliyyat keçirilib. Son hücumda isə İŞİD-in təbliğat məqsədi ilə istifadə etdiyi teleqovşaq məhv edilib.

Təşkilatın İraqda xeyli zəiflədiyini deyən Le Drian terrorla mübarizə səylərinin artırılması üçün Parisdə toplantı keçiriləcəyini açıqlayıb.

Eyni zamanda nazir Suriya böhranına toxunaraq ölkəsinin keçid prosesi ilə bağlı mövqeyini dəyişmədiyini deyib.

Tarix
2016.01.14 / 16:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla