Yuxarı

"Qafqazdakı vəziyyət yalnız İrəvanı qane edir"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qafqazdakı vəziyyət yalnız İrəvanı qane edir"

Avropa İttifaqı (Aİ) ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işində daha fəal iştirak etməlidir.

Report xəbər verir ki, bunu "Vestnik Kavkaza" nəşrinə müsahibəsində məşhur amerikalı diplomat, ABŞ-ın Bakıdakı sabiq səfiri Metyu Brayza Aİ-nin bu məsələdə status-kvonun saxlanmasının yolverilməz olmasına dair bəyanatını şərh edərkən bildirib.

"Aİ-nin Dağlıq Qarabağdakı status-kvonun qeyri-məqbul olmasına dair bəyanatı Azərbaycanın Ermənistanın danışıqlar prosesində iştirak etməməsi ilə bağlı narahatçılığını əks etdirir. Çünki bölgədəki hərbi vəziyyət Ermənistanı qane edir. Eyni zamanda təmkinli olmağa çağırış Ermənistanın Azərbaycanın hərbi vəziyyəti dəyişməyə çalışacağı ilə bağlı narahatçılığını ifadə etdi ki, bu da öz növbəsində İrəvanı əndişələndirir", -deyə o bildirib.

Diplomat xatırladıb ki, Aİ ATƏT-in rəhbərliyi altında danışıqlar prosesində, xüsusilə sazişə görə Azərbaycana qaytarılmalı olan ərazilərin statusunun bərpa edilməsində vasitəçi kimi çıxış etməyə hazır olduğunu ifadə edib. O qeyd edib ki, Aİ-nin ilkin mövqeyi belə idi.

"Mənim mövqeyimə gəlincə isə, mən artıq çoxdan Aİ-nin Minsk qrupunda daha mühüm rol oynaması mövqeyindən çıxış edirəm, çünki mən hesab edirəm ki, bu kimi müdaxilə danışıqlar prosesinə böyük önəm qatacaq", - deyə Metyu Brayza bildirib.

Tarix
2016.01.23 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

Güneyli milli fəal vəfat etdi

Qalibaf Bakıda açıqladı: Bu, ABŞ-ın məğlubiyyətidir!

İlham Əliyev konfrans iştirakçılarına müraciət etdi

Şimali Kiprin parlament sədri Azərbaycana gəldi

İran istədiyini alır, bəs ABŞ nə qazanır? - Ekspert

Qalibaf Azərbaycanda səfərdədir - Foto

Azərbaycan ilk dəfə bu platformada təmsil olunacaq

Berdiməhəmmədovun səfəri ilə bağlı - Videoçarx

Bu tarixədək Azərbaycanla sərhəd açıla bilər - Kostanyan

Hakan Fidan səfirimizlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla