Yuxarı

Azərtacın əməkdaşı bu ölkədən çıxarıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərtacın əməkdaşı bu ölkədən çıxarıldı

Azərtac-ın Yeni Kaledoniyaya ezam olunmuş əməkdaşı Aygün Həsənovanın vizası olduğu halda həmin ölkəyə girişinə qadağa qoyulub.

Axar.az xəbər verir ki, bu azmış kimi, jurnalist bir sutka polis bölməsində saxlanılaraq, “arzuolunmaz şəxs” kimi ölkədən çıxarılıb.

Azərtac jurnalistin Yeni Kaledoniyadan əsassız deportasiyası ilə bağlı açıqlama da yayıb. Açıqlamada bildirilir ki, məhz Bakıdan gəldiyi üçün jurnalistin ölkəyə girişinə icazə verilməyib:

“Çünki Fransa dövləti Yeni Kaledoniya və Fransanın digər koloniyalarında getdikcə güclənən azadlıq və müstəqillik uğrunda mübarizə barədə həqiqətlərin yayılmasını hər vasitə ilə məhdudlaşdırmağa çalışır. Jurnalistimizin məhz dekabrın 5-də keçirilməli olan mitinq ərəfəsində Yeni Kaledoniyaya daxil olmasına qadağa qoyulması da məhz bu amillə bağlıdır. Onun polis nəzarəti altında saxlanılması və təyyarəyə minənədək müşahidə altında olması da bu tapşırığın birbaşa Fransa dövləti tərəfindən verilməsinə dəlalət edir. Bu, müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransanın məkrli niyyətinin daha bir təzahürüdür.

Polisdən bildirilib ki, Yeni Kaledoniyaya giriş üçün xüsusi viza tələb olunur. Lakin Yeni Kaledoniya hökumətinin nümayəndəsi də Şengen vizası ilə bu ölkəyə daxil olmağın mümkünlüyünü bildirmişdi. Məhz buna görə də Yeni Kaledoniyanın “AirCalin” aviaşirkəti Aygün Həsənovaya Sinqapurdan bu ölkəyə uçuşa icazə verərək, təyyarəyə minməsinə mane olmamışdı. Qaydalara görə, hər bir sərnişinin təyinat ölkəsinə getməmişdən əvvəl vizası yoxlanılır və sonra təyyarəyə buraxılır. Lakin sərhəddə polis başqa bəhanə ilə bunun qanunsuz olduğunu bildirərək fərqli “arqumentlər” gətirib. Hətta A.Həsənovanı həbs olunacağı ilə hədələyərək ölkədən çıxmasını tələb edib. Bununla kifayətlənməyən Yeni Kaledoniya polisi deportasiya edilərək tranzit ölkə kimi Sinqapura göndərilən əməkdaşımıza “arzuolunmaz şəxs” damğası vuraraq həmin ölkənin hava limanına məktub göndərib və onun nəzarət altında saxlanılmasını tələb edib. Lakin Sinqapur dövlətinin rəsmiləri bunu əsassız sayaraq əməkdaşımızı nəzarət altında saxlamaqdan imtina ediblər.

Bu halı jurnalist fəaliyyətinin, söz və ifadə azadlığının məhdudlaşdırılması, jurnalistlərin öz vəzifəsini icra etməsinə imkan verməmək və ona qarşı qəddar davranış nümayişi kimi qiymətləndirir və bunu kəskin şəkildə qınayırıq. Fransa jurnalistimizə qarşı bu məhdudiyyətləri tətbiq etməklə, ona hədə-qorxu gəlməklə və qatı cinayətkarlara olan davranışı nümayiş etdirməklə dövlət səviyyəsində fundamental insan hüquqlarına və söz azadlığına əsl düşmən münasibətini aydın şəkildə nümayiş etdirdi”.

Tarix
2023.12.05 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

Bu tarixdə torpaq hərracları keçiriləcək

İlham Əliyev Şahbaz Şəriflə görüşdü

İlham Əliyev Zəfər Günü ilə bağlı paylaşım etdi

Tramp türk ölkələri ilə saziş imzaladı: “Yeni neft” hansı metaldır?

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli oldu

Japarov və Abbas İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev və Şahbaz Şərif birgə nahar etdi

Tiflisdə azərbaycanlılara zorakılıq edəni hansı cəza gözləyir?

Hikmət Cavad Ukraynanın xüsusi mükafatı ilə təltif edildi

Ramil Usubov Sergey Şoyqu ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla