Yuxarı

“Saakaşvili ruslara silahla cavab verməyi əmr etdi”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qəsdən MDB-də konflikt zonaları yaradıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında gürcüstanlı tarixçi Oleq Panfilov söyləyib. Onun sözlərinə görə, 2008-ci ildə Saakaşvili Rusiyaya sərt cavab verməyə məcbur idi:

"2008-ci ildə mən Gürcüstan Təhlükəsizlik Şurasında informasiya savaşı istiqamətində fəaliyyət aparırdım. Biz həmin dövrdə Rusiyanın 58-ci ordusunun avqustun 2-də Cənubi Osetiyaya hərəkət etdiyi haqqında məlumat aldıq. Cənubi Osetiyaya Şimali Osetiyadan gəlmək üçün Roks tuneli (3730 metrlik avtotunel) var və bu, çox dar ərazidir. Ruslar deyirlər ki, müharibə 7-8 avqustda başlayıb. Qəribədir ki, burada birdən-birə 58-ci ordu peyda olur. Axı bir anın içində yüzlərlə tankı bu dar ərazidən necə Cənubi Osetiyaya keçirmək olar? Rus ordusu bu ərazilərə avqustun 2-də daxil olmuşdu və plana əsasən, onlar Tiflisi 12 avqustda tutmalı idilər. Məhz buna görə Saakaşvili ruslara silahla cavab verməyi əmr etdi".

O, Rusiyanın MDB-dəki konfliktləri həll etməyəcəyini bildirib:

"SSRİ-nin süqutundan sonra Abxaziya, Cənubi Osetiya, Dnestryanı, Qarabağın işğalı sadəcə imperiya ərazilərini əlində saxlamağa cəhd idi. Ona görə ki, bu ölkələrdə həmin dövrlərdə siyasi vəziyyət o qədər də stabil deyildi. Hər yerdə hakimiyyətə Rusiyanın orbitindən çıxmağa can atan dissidentlər gəlirdi. Moskva bu tendensiya vasitəsilə həmin ölkələri şantaj edirdi. O zaman hər kəs təəccüblənmişdi ki, bəs niyə bu tip hadisələr Ukraynada olmadı? Ona görə ki, Kiyev daima Moskva və Vaşinqton arasında manevr edirdi. Kreml həmişə düşünürdü ki, Ukraynada qərbyönlülərin sayı azdır və orada heç nə baş verməyəcək. İndi isə hər şey dəyişib. Rusiya bundan sonra həmin konfliktləri həll etmək niyyətində deyil".

Tarix
2016.02.01 / 12:49
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

Bu gün akademik Zərifə Əliyevanın doğum günüdür

Xankəndidə sahibkarlar işə başladı - Video

İYİ Partiyasının yeni sədri məlum oldu

Müharibədən sonra neçə nəfər mina qurbanı olub?

Titusun Azərbaycana qərəzi: 44 rəqəmini seçdi... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla