Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
25 İyun 2018


Türkiyə ilə bağlı açıqlama - Hesabat

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ AKP iqtidarını Türkiyənin sərhədlərinə nəzarət edə bilməyən, azad sözü boğan, milli zəmində problemlər yaradan iqtidar kimi dəyərləndirib.

ABŞ-ın "Freedom House" təşkilatı Türkiyədəki durumla bağlı hesabatında Rəcəb Tayyib hökumətini sərt tənqid edib.

"Demokratiya böhranı: Türkiyədə korrupsiya, media və güc" adlandırılan hesabat 2013-cü ilin noyabrından son günlərədək ölkədə baş verən olayların əsasında hazırlanıb.

Türkiyə Silahlı Qüvvələrinin gücündən yarım əsrdir daxili siyasətdə də istifadə edildiyini vurğulayan Freedom House bildirir ki, son dönəmlərdə bu tendensiya daha da güclənib:"Mediaya, qəzetçilərə basqı, medaianın nəzarətdə saxlanması üçün ordunun gücündə istifadə halları indiyə qədər də var idi. Ancaq AKP siyasi hakimiyyətini qullanaraq bu metoddan daha tez-tez və daha sərt formada yararlanır. Qəzetçiləri birbaşa hədəf alan açıqlamalar, kütləvi şəkildə işdən çıxarmalar, media patronlarına verilən cəzalar, qəzetçilərin dinlənməsi, həbs edilməsi AKP iqtidarının ən çox müraciət etdiyi metodları sırasında yer alır".

Freedom House Türkiyədə diktatorluq olmadığını, ancaq hökuməti tənqid etmənin insanların gəlirlərini və bəzən isə azadlıqlarını risqə qoymaları bahasına başa gəldiyinin bildirir.

Hesabat Türkiyəyə tövsiyələrlələ bitir: "Hökumət müstəqil müzakirələr aparılması cəhdlərini nəzarəti altına almaqla ölkənin sabitliyini təhlükə altına qoyduğunu dərk etməli, qəzetçilərə qarşı məhkəmə iddialarında "Terrorla mübarizə" Qanununun istifadəsini dayandırmalı, "Türk millətini aşağılamaq" suçunu nəzərdə turan Cinayət Məcəlləsinin 301-ci maddəsini ləğv etməlidir".

Diqqət çəkən faktdır ki, Freedom House-la eyni gündə ABŞ-ın Beynəlxalq Təhlükəsizlik Xidməti də Türkiyə ilə bağlı hesabat açıqlayıb. Hər ilin əvvəllərində Konqresə təqdim edilən sənədin Suriyadakı durumla bağlı hissəsində Türkiyə "tranzit ölkə" kimi qeyd edilib:"Türkiyə Suriyadakı savaşa qatılmaq üçün yol axtaran əcnəbilər üçün tranzit ölkə rolunu oynayır. Bu durumu ilə Türkiyə öz sərhədlərinə nəzarət edə bilməyən ölkə statusunu qazanmaqdadır. Türkiyənin xarici siyasəti daxili situasiya ilə, özəlliklə də davam edən korrupsiya skandalı ilə şəkillənəcək. Baş nazir Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi AKP gözlənilən iki seçki prosesinə - bələdiyyə və prezident seçkilərinə köklənəcək. Din adamı Fətullah Gülənə yaxın insanların başlatdığı iddia edilən və 2013-cü ilin dekabrında çat verən korrupsiya iddiaları Ərdoğanın önündəki ən ciddi problemdir".

Hesabatda yaxın gələcəkdə Türkiyə içərisində milli zəmində problem yaşana biləcəyi proqnozları da səslənməkdədir: "Ankara ölkənin iqtisadi gücünü qorumağa yönəlik tədbirlərlə yanaşı, ölkədəki milliyətçi seçiciləri özündən uzaqlaşdıra biləcək məsələlərdə ehtiyatlı davranmağa çalışacaq. Ərdoğan kürd terror təşkilatı Kürdüstan Xalq Konqresi (KXK, keçmiş PKK) ilə sülh anlaşması səbəbi ilə türk milliyətçilərini və qonşu ölkələri özünə qarşı çevirib". ("Musavat.com")

Tarix
2014.02.04 / 20:54
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Ərdoğan xəstəxanadan çıxdı: Ankaraya gedir

Türkiyə seçkisində maraqlı olay: Putin... - Foto

Baxçalı hamıya meydan oxudu - Seçki çıxışı

Adminitrasiyadan Ərdoğana təbrik: Yola davam...

AKP-dən ilk seçki açıqlaması: Namus məsələsidir!

İstanbul və Ankarada lider kimdir? - Seçki

İncəyə şok: səs verdiyi sandığın nəticəsi

Kürd liderdən biabırçı məğlubiyyət: Hələ ki...

Türkiyə və ABŞ ordusundan növbəti həmlə

Nazirlik rəqəmləri açıqladı: Builki seçki…

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla