Yuxarı

Moskvada həyəcan: Partlayış təhlükəsi... - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya paytaxtı Moskvada yerləşən üç iri ticarət mərkəzində - "Afimoll-siti", "Atrium" və "Belaya daça"da müştəriləri evakuasiya ediblər.

ANS-in məlumatına görə, hadisə zamanı obyektlərdən bir neçə min müştəri çıxarılıb. Rusiya xəbər agentlikləri evakuasiyanın partlayış qorxusu altında baş verdiyini bildirib.

Rus KİV-lərinin yazdığına görə, Moskva ətrafı dairəvi yolun yaxınlığında yerləşən "MEQA Belaya daça" ticarət mərkəzinə terror hücumu ilə bağlı məlumat daxil olub. Kursk vağzalının yaxınlığında yerləşən "Atrium"dan və "Afimoll Siti"dən də evakuasiyanın "texniki səbəbdən" gerçəkdəşdirildiyi bildirilir.

"Afimoll Siti"də "Miss Rossiya" gözəllik müsabiqəsinin kastinqi keçirilməli idi. Rusiya mətbuatı hər üç ticarət mərkəzində şübhəli əşyaların tapıldığını bildirir. Həm "MEQA Belaya daça" ticarət mərkəzinə, həm də "Afimoll Siti"yə ərazidə bomba olması ilə bağlı telefon zəngi gəlib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva şəhər idarəsindən verilən məlumata görə, hazırda ticarət mərkəzlərinin girişində təcili yardım maşınları və yanğınsöndürənlər növbə tutublar.

Tarix
2016.02.13 / 21:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla