Yuxarı

Ukrayna liderləri: “Rusiya bizə də Qarabağı yaşadardı”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukrayna liderləri: “Rusiya bizə də Qarabağı yaşadardı”

"Krımın qorunması faktoru olan tatarlar olmasaydı, biz də çoxdan öz Qarabağımızı, Osetiya və Dnestryanı problemlərimizi yaşayardıq".

"Axar.az"ın məlumatına görə, bu sözləri Ukrayna Daxili İşlər nazirinin keçmiş müavini, Krım milisinin keçmiş rəhbəri, 2006-2007-ci illər üçün prezidentin Krım üzrə xüsusi nümayəndəsi və "Batkivşina" partiyasından olan xalq deputatı Gennadi Moskal deyib.

Qeyd edək ki, Krım Parlamenti üzvlərinin muxtar vilayətin hüquq və səlahiyyətlərinin artırılması ilə bağlı Rusiyaya müraciət təşəbbüsündə bulunması Ukrayna müxalifəti tərəfindən şiddətlə qınanıb. Krım tatarları isə bu rusiyapərəst təşəbbüsə qarşı sadəcə müxtəlif bəyanatlar səsləndirməklə kifayətənirlər.

Bu müraciətə öz sərt mövqeyini açıqlayan şəxslərdən biri də Moskaldır. Belə addımı cinayət sayan Moskal Ukrayna təhlükəsizlik orqanı nümyəndələrindən məsələnin dərhal incələnməsini tələb edib: "Krım Ukraynanın tərkib hissəsidir. Odur ki, Rusiya tərəfindən hər hansı müdafiədən söhbət gedə bilməz! Hanı bizim təhlükəsizlik orqanlarımız? Niyə ərazi bütövlüyünü nəzərdə tutan 110 maddəyə uyğun cinayət açılmır? Belə görünür ki, Krım Ali Radası müstəqil deyil və prezident tərəfindən idarə olunur. Krımın qorunması faktoru olan tatarlar olmasaydı, biz də çoxdan öz Qarabağımızı, Osetiya və Dnestryanı problemlərimizi yaşayardıq".

G.Moskal dolayısı ilə Qarabağ probleminin arxasında da Rusiyanın dayandığını bu sözlərlə təsdiqləyib.

Xatırladaq ki, 19 fevralda Krım Parlamenti öz növbəti sessiyasında muxtar vilayətin statusu ilə bağlı referendum keçirilməsi üçün Rusiyaya müraciət etməyi planlaşdırır.

Tarix
2014.02.06 / 23:15
Müəllif
Ruslan Məmmədoğlu
Digər xəbərlər

Silahla gəlib dedi ki, məni Mehdiyev göndərib...

Sülh imzalanıb, indi cəmiyyətlər barışmalıdır - Mirzoyan

Keçmiş məcburi köçkünlərə edilən bu güzəştlər ləğv olunsun

Putin İlham Əliyevə zəng etdi

Kreml Zəngəzurla bağlı Paşinyana mesaj göndərdi

"Səhər" Bakını ittiham etdi: Uşaq qatillərinə xidmət edir...

İşləyənlərin hesabına işsizlərin müalicəsi dövrü bitir?

Bakı Yaxın Şərqin yeni əsas oyunçusudur - "Avrasiyanet"

Xəzər dənizi ilə bağlı qorxunc proqnoz

Sahibə Qafarova Simonyanla görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla