Yuxarı

Rusiya növbəti müharibəyə hazırlaşır - Estoniya kəşfiyyatı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya növbəti müharibəyə hazırlaşır - Estoniya kəşfiyyatı

Ukraynaya qarşı savaşdan iki il sonra Rusiya möhkəm şəkildə müharibənin üzərində dayanır və artıq növbəti münaqişəyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə “Foreign Polisi” Estoniya kəşfiyyat rəsmilərinin bəyanatlarına istinadən məlumat yayıb.

“Kreml yaxın 10 il ərzində NATO ilə münaqişə ərəfəsində ölkə ordusunu yenidən strukturlaşdırır və genişləndirir. Vladimir Putin Ukraynanın işğalı ilə bağlı sürətli uğur qazana bilmədikdən sonra ekspertlər, o cümlədən amerikalı və xarici rəsmilər Rusiya ordusunu “kağız pələng” elan ediblər. Lakin müharibənin üçüncü ilində vəziyyət Putin üçün getdikcə stabil görünür. Onun əsas siyasi rəqibi Aleksey Navalnı öldü, ABŞ-ın Ukraynaya Konqresdəkəki mühüm hərbi yardımı dayandı və Rusiya beynəlxalq sanksiyalara məhəl qoymayaraq, müdafiə istehsalını və iqtisadi artımı stimullaşdırdı”, - məqalədə deyilir.

Estoniya Xarici Kəşfiyyat Xidmətinin baş direktoru Kaupo Rosi isə bildirib ki, Rusiya üçün hər şey yenidən plana uyğun gedir:

“Rusiya hərbi rəhbərləri müharibənin ilkin mərhələlərindəki səhvlərdən nəticə çıxarıblar. Deyəsən, ruslar, prinsipcə, orduda öyrənən quruma çevrilirlər. Onlar indi bir neçə ay ərzində döyüş meydanında yaranan problemləri həll edirlər. Rusiya ilə NATO arasında müharibə qaçılmaz deyil, Moskvanı cilovlamaq üçün daha çox iş görülə bilər. Bir çox gələcək ssenarilər bizim Qərbdəki fəaliyyətimizdən asılıdır”.

Tarix
2024.03.15 / 16:30
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Çexiya Qarabağın bərpasına dəstək verməyə hazırdır

Normadan artıq yağan yağışlar nəyin nəticəsidir?

Bolqarıstan prezidenti Bakıya gəldi

Paşinyan da bu türk ölkəsinin liderini təbrik etdi

WUF13-də BMT və Azərbaycan bayraqları qaldırıldı - Video

Bakı Forumundan gözləntim budur - Tonqva

2030-cu ilə qədər hər gün 96 min ev… - Qarnaqa

İlham Əliyev Oljas Süleymenovu təbrik etdi

Britaniya şirkətləri Azərbaycanda buna yardım edir

Vuçiç Azərbaycana gəldi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla