1943-cü ildə ABŞ donanmasının Pensilvaniya əyalətinə
bağlı olan Filadelfiya şəhərinin limanında tarixə düşəcək təcrübə
keçirilib. İddiaya görə, donanmaya aid bir qoruma destroyeri olan
DE-173 sinifli 1240 tonluq "USS Eldridge" bir neçə dəqiqə ərzində
600 km-dən çox uzaqlığa gedib və təkrar gəlib.
Baku.vs xəbər
verir ki, təcrübənin varlığı mövzusunda heç bir dəlil yoxdur.
Amerika donanması da belə bir təcrübənin qeydlərdə olduğunu
təsdiqləmir. Al Bilek xaric, təcrübəyə qatıldığı iddia edilən bütün
əsgərlər bunu yalan, hekayənin bir xəyal olduğunu söyləmişlər.
Bilekin hekayəsi də daha sonra təkzib olunmuşdu. Layihənin digər
adı "Göy qurşağı" (Rainbow Project) əməliyyatıdır. "Filadelfiya
eksperimenti"nin əsas məqsədi gözəgörünməz gəmilər yaratmaq idi.
Eksperiment "şəhər əfsanəsi"dir.
Lakin bu əfsanə doğru da ola bilər. 1984-cü ildə "Filadelfiya
eksperimenti" filmi çəkildikdən sonra əfsanədən yenidən danışılmağa
başlandı. "Göy qurşağı əməliyyatı" adıyla da tanınan bu təcrübə
1984-cü ildə ağ pərdəyə, yəni bu haqda filmin çəkilişinə kimi
ciddiyə alınmamışdı. Ancaq o tarixin bu günə qədər rəsmi mövqelər
tərəfindən dəfələrlə yalanlanmasına baxmayaraq, ən çox diqqət çəkən
mövzulardan biri olub.
1930-cu illərdə "Göy qurşağı" layihəsi Çikaqo Universitetində
başlanmış, Prinston Universitetində davam etdirilmişdir. Bu
layihədə Albert Eynşteyn, Con Fon Neyman və Nikola Tesla kimi
fiziklər iştirak edirdi. Əfsanəyə görə, Albert Eynşteyn bu
eksperimentdə öz "Hər şeyin nəzəriyyəsi"ni yoxlamışdı.
1943-cü il 28 oktyabrda səhər saat 09:00-da ilk eksperiment
həyata keçirildi. 181 heyətdən ibarət "Eldrik" gəmisi Atlantik
okeanından bir göz qırpımında Hind okeanına keçir. Gəmidə nə saat,
nə də kompas işləyir. Gəmidəki insanlar vaxtından tez qocalaraq
vəfat edirlər. 13 adam yanaraq dünyasını dəyişir. Digərləri isə
elektrik boşalmasından və qorxudan ölürlər.
Albert Eynşteyn öz "Nisbilik nəzəriyyəsi" ilə məşhurdur.
Allyende ikinci məktubunda yazır ki, Eynşteyn bu nəzəriyyəni
1925-1927-ci illər arasında hazırlamışdı. Həkim Bertran Rassel
deyir ki, nizbilik nəzəriyyəsi başa çatmışdı. Bertran məşhur
yazıçı, filosof, humanist, pasifist olmuşdu. O, Eynşteyn ilə
dostluq edirdi.
Bəs "Nisbilik nəzəriyyəsi" nə üçündür? Əsas fikir ondadır ki,
bir hərəkət ilə universal qüvvələri-elektromaqnetizm, cazibə
qüvvəsi və nüvə enerjisini riyazi yolla izah etməkdir. Bəzən hesab
olunur ki, dördüncü qüvvə də mövcuddur. Ona "Zəif Universal Qüvvə"
deyilir. Həmin qüvvə cazibə qüvvəsi ilə əlaqədədir. Bu elektrik ilə
maqnit arasındakı əlaqəyə uyğun gəlir. Nəzəriyyədən başa düşülür
ki, əgər nəzəriyyə başa çatdırılarsa, rentgen şüalarını, hətta
bütün materiyanı özündə saxlaya bilər. Eynşteyn ali riyaziyyatı
yaxşı bilmədiyindən bu məsələni sonuna kimi həll edə bilməmişdi.
Güman olunur ki, Albert Eynşteyn "Nisbilik nəzəriyyəsini"
Filadelfiya eksperimentində sınaqdan keçirmişdi.
Əfsanə haqqında
Allyende "Filadelfiya eksperimenti"nin 22 iyunda baş verdiyini
iddia etmişdi. Bu mərhələdən sonra yaşıl rəngdə bir səs gəmini
ötməyə başlamış və "USS Eldridge" ortadan itmişdi. Karlos Allyende
"Filadelfiya eksperimenti" haqqında bunları xatırlayırdı:
"Bir an yalnız gəminin çapasını görə bildim, sonra o da itdi,
ortada artıq nə səs, nə də USS Eldric vardı; bomboş dənizə
baxırdıq, bizim gəmidə olan yüksək rütbəli zabitlər və elm adamları
qorxu, dəhşət və həyəcan içində nəfəslərini tutaraq bu inanılması
mümkünsüz uğuru müşahidə edirdilər. Gəmi və heyəti həm radarda, həm
də gözlərimizin qarşısında yox olmuşdu. Hər şey planlandığı kimi
gedirdi, 15 dəqiqədən sonra əmr verildi və generatorların şalteri
bağlanıldı. Əvvəl heç bir şey olmadı, arxasından yaşıl səs təkrar
ortaya çıxdı və USS Eldric yenidən görünməyə və ortaya çıxmağa
başladı. Amma gəmi hara getmiş və haradan gəlirdi? Səs azalarkən
bir şeyin qəribə getdiyini hiss edirdik. Dərhal gəmiyə yanaşdıq,
ilk əvvəl şəxsi heyətin çoxunun gəminin yanından sallanıb səssiz
halda olduqlarını gördük, digərləri isə gəminin göyərtəsində çaşmış
halda gəzirdilər, sanki heç birinin şüuru yerində deyildi.
Səlahiyyətli qruplar gəmiyə girərək bütün ekipaj üzvünü qısa
müddət ərzində uzaqlaşdırdılar və yerlərini hazır gözlənilən yeni
bir heyət aldı.
Bir-iki gün sonra yeni bir təcrübəyə daha qərar verildi. Gəmi
istənilən radar görünməzliyinə çatmışdı, təchizat dəyişdirildi və
28 oktyabr 1943-cü ildə təcrübə yenə eyni gəmidə təkrarlandı.
Generatorlar işə başladıqdan dərhal sonra "Destroyer" az qala
görünməzlik xəttinə çatmışdı, yalnız burnu və arxası görünür, arada
isə bəzi xəttlər müəyyən naməlum halda seçilirdi. Sonra yalnız su
üzərində gəmi boyunda bir xətt qaldı. Bir iki dəqiqə sonra mavi bir
işıq parladı və həmin xətt də yox oldu. Gəmi tamamilə yox
olmuşdu.
Bir neçə dəqiqə sonra millər tərəfindən uzaqda Norfolk da ortaya
çıxdı. Göründükdən bir az sonra bilinməyən bir səbəblə yenə itdi və
Filadelfiyada təkrar ortaya çıxdı. Bu dəfə vəziyyət çox ciddi idi,
bütün ekipaj üzvünü başı bəlada idi. Bəziləri yox oldu və bir daha
geri dönmədi. Bu hadisənin ən qorxunc hissəsi isə beş dənizçinin
gəminin əriyən və sonra yenə qatılaşan metal lövhələrinin içində
qalmaları idi. Bu çox faciəvi bir vəziyyət idi. Dənizçilərdən biri
xilas oldu. Lakin bir daha əvvəlki halına dönə bilmədi. Ağlını
tamamilə itirmişdi. Amma edəcək heç bir şey yox idi. Bəzilərinin
psixi qabiliyyətləri inkişaf etmişdi, küçədə gedərkən itən və yenə
ortaya çıxan insanlar vardı".