Yuxarı

Partladılan maşın Azərbaycana gəlirmiş - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dərbənd şəhərindəki Cəmikənd patrul postunda baş vermiş partlayışın bəzi təfərrüatları məlum olub.

ANS-in məlumatına görə, fevralın 15-də baş vermiş partlayışda iştirak edən, yəni həmin terror aktını törədən 25 yaşlı Maqomedali Murliyev əslində avtomaşınına partlayıcının yüklənməsindən xəbərsiz olub.

İstintaq zamanı məlum olub ki, Murliyev idarə etdiyi partlayıcı yüklü maşınla Azərbaycana gəlirmiş. Son vaxtlara qədər Murliyev daxil olduğu qruplaşmanın üzvləri ilə birlikdə meşələrdə gizlənirdi.

Murliyev atışmalardan birində yaralanıb və tibbi yardıma ehtiyacı olub. Tərəfdaşları Murliyevə vəd ediblər ki, onun Azərbaycana qaçmasına şərait yaradacaqlar. Fevralın 15-də onu Azərbaycana keçmək adı altında VAZ 2109 avtomobilində yola salıblar.

Maqomedali Murliyevin maşında bomba yerləşdirilməsindən xəbəri olmayıb. Avtomobil patrul postuna yaxınlaşanda partlayıcı məsafədən işə salınıb.

Murliyevin qardaşı Feliks Murliyev deyib ki, qardaşı meşələrdə gizlənməkdən yorulmuşdu, ya hüquq-mühafizə orqanlarına təslim olmağı, ya Suriyaya getməyi düşünürdü.

Fevralın 15-də VAZ 2109 markalı avtomobil səhər saatlarında Dərbənd yaxınlığındakı yol-patrul postunda partladılıb. Nəticədə iki polis əməkdaşı və iki mülki şəxs həlak olub, bir neçə nəfər yaralanıb.

Terror aktı nəticəsində Rusiya-Azərbaycan avtomobil yolunda nəqliyyatın hərəkəti dayanıb. Daha sonra partlayışı Dağıstanın cənubunda fəaliyyət göstərən, İŞİD terror qruplaşmasına biət etmiş silahlı qruplaşmasının törətdiyi açıqlanıb.

Tarix
2016.02.23 / 22:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

Müsavatdan Elçibəyə qarşı hörmətsizlik - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla