Yuxarı

Ermənistan Rusiya üçün qardaşdan da artıqdır

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi biz dost, qardaş Ermənistanla münasibətlərdə kifayət qədər çətin dövr yaşayırıq.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Arqumentı i Faktı” nəşrinə müsahibəsində bildirib.

“Bu (Ermənistanla münasibətlər), qardaşlıqdan da artıqdır, çünki burada Ermənistanın özündən də çox erməni yaşayır. Yeri gəlmişkən, Rusiya Federasiyasının vətəndaşları olan bu ermənilərin iqtisadi fəallığı hələ də Ermənistanın ümumi büdcəsinin çox böyük faizini təşkil edir. Adamlar ora pul köçürür, söhbət ildə bir neçə milyard dollardan gedir...” - o bildirib.

Onun sözlərinə görə, Qafqaz regionu təəssüf ki, müxtəlif regiondankənar qüvvələrin diqqətini cəlb edir:

“Biz əminik ki, bu qüvvələrin iştirakı çox məhdud olmalıdır, çünki onlar orada sabitlik və rifah gətirmək iqtidarında deyil. Ona görə də ümid edirik ki, əlaqələrimizin inkişafını davam etdirmək üçün İrəvanda siyasi iradə qalib gələcək və biz bu çətin dövrdən uğurla keçəcəyik”.

Tarix
2024.03.26 / 11:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla