Yuxarı

Petrosyan Əskiparaya gəldi: burda yaşayacaq

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Demokratik Konsolidasiya Partiyasının rəhbəri Suren Petrosyan dostları ilə birlikdə Tavuş bölgəsinə gəlib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı yayıb.

Məlumata görə, o, Erməni Apostol Kilsəsinin Tavuş arxiyepiskopu Baqrat Qalstyanla görüşüb.

“Həmsöhbətlər rayonun bir neçə sərhəd kəndi ətrafındakı vəziyyəti müzakirə ediblər. Bu görüşdən sonra Petrosyan Əskiparaya (Voskepara) yollanıb”, - məlumatda qeyd edilib.

Petrosyan bildirib ki, kənd sakinləri ilə gündəlik təmaslar mövcud problemləri daha qabarıq göstərir. O, Əskiparada yaşayacağını və sona qədər kənd camaatının yanında olacağını iddia edib:

“Burada dövlətçilik məsələsi həll olunur və bunu Əskiparada hamı başa düşür. Ən əsası odur ki, onlar deyirlər: heç bir şəraitdə təslim olmayacağıq. Hamımız onların yanında dayanıb əsaslı dəyişikliklərə buradan başlamalıyıq. Bu, son dərəcə vacibdir”.

Qeyd edək ki, Əskipara (Voskepar) Azərbaycanın Yuxarı və Aşağı Əskipara kəndlərinin yanında yerləşir.

Tarix
2024.03.27 / 13:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qadınla əlbir olub yarım milyonu mənimsəyən Hüseyn - Foto

Rəsmi Bakıdan Stanonun iddiasına cavab

Üç ölkənin Gürcüstanda hərbi təlimi başa çatdı - Foto

Ermənistandakı missiyanın işi ilə bağlı bəyanata reaksiya

Ölkədə maliyyə piramidası şəbəkəsi ifşa edildi - Video

Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – General

Əliyev Szinpinə məktub göndərdi

İranla Ermənistanın Araz çayı ilə bağlı planı - Müzakirə...

Xəzərdə nə baş verir? 200 ildir araşdırma aparılır, lakin…

Ölkənin xarici borcunun azalması... - Deputat

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla