Yuxarı

40 yaşında görünürəm - Bayden

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden yaşlılığın onu daha müdrik etdiyini deyib və zarafatla bildirib ki, 40 yaşında görünür.

Axar.az xəbər verir ki, o, bu barədə Ağ Evdə çıxışında danışıb.

“Məncə, müşahidə etmisinizsə, heç nədən asılı olmayaraq, yaş sizi müdrikləşdirir. Bundan başqa, bilirəm ki, mən qırxdan çox da yaşlı görünmürəm”, - o bildirib.

Yaşla bağlı sualı cavablandıran ABŞ Prezidenti gələcək seçkidə əsas rəqibi respublikaçı Donald Trampı yenidən tənqid etmək fürsətini əldən verməyib və onun fikirlərini köhnəlmiş adlandırıb:

“Çox təcrübəli olduğumu bilmirəm (prezident postu üçün – red.), amma ümid edirəm ki, tənqidçilərin fikirləri çox da köhnəlməyib. Bilirsiniz, o vaxt rəqibim olan və bu dəfə də rəqibim olacaq bu oğlanın (Tramp - red.) ideyaları 18-19-cu əsrdən gəlir. Bura onun konstitusiyanın fəaliyyətini dayandırmaq istəyi və ümumiyyətlə, dediyi hər fikirlər daxildir”.

Tarix
2024.03.29 / 10:09
Müəllif
Zeynəb Əkbər
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla